» » Şəhidlərimizdən birinin adı məlumdur

Şəhidlərimizdən birinin adı məlumdur

Şəhidlərimizdən birinin adı məlumdur

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

KONKRET.az xəbər verir ki, şəhid olanlardan biri Sadıqov Vüqar Lətif oğludur. 1987-ci təvəllüdlü V.Sadıqov Ağstafa rayonunun Göycəli kəndində anadan olub. Məlumatı saytımıza açıqlamasında kənd nümayəndəsi Əhmədov Yasin də təsdiqləyib. Şəhid gizirimizin nəşi hələ ki, doğulduğu kəndə gətirilməyib.

Qeyd edək ki, V.Sadıqov ailənin tək övladı idi. Şəhidimiz ailəli olub, 3 övladı var.

Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31