dini radikalizm və ekstremizmlə mübarizə

Neapol küçəsinin sakinləri Xətai rayon icra başçısına müraciət ünvanladı


Xətai rayon İcra Hakimiyyətinin Başçısı
Rafiq Çəpərxan oğlu Quluyevə

Surəti: Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə

Neapol küçəsi 7q saylı binanın sakinləri tərəfindən

Ə R İ Z Ə


Hörmətli Rafiq Quliyev.
Bakı şəhəri Xətai rayonu Neapol kücəsi 7q saylı binanın həyətinin acınacaqlı bir halda olmasını nəzərinizə çatdırmaq qərarına gəldik. Xətai RİHB təyin olunduğunuz gündən sakinlərlə keçirdiyiniz səyyar görüşlər haqqında həm mediadan həm də sakinlərdən eşidirdik. Ümidlə gözlıdik ki, adı çəkilən ünvanada gələrək vəziyyəti öz gözlərinizlə görəsiniz. Amma olmadı ətrafımızdakı binaların sakunləri ilə görüşdünüz amma çevrəmizdə olan beş binanın ətrafı və yaşadığımız ərazinin sakinləri sizi səbirsizliklə gözləməsinə baxmayaraq siz adı çəkilən ünvana gəlmədiniz. Məhz bu səbəbdən həm sizə, həm də mediaya yazılı şəkildə müraciət etmək qərarın verdik. İlk növbədə bildiririk ki, binanın həyətinin ayrı-ayrı sakinlər tərəfindən çəpərlənməsi, qarajların tikilməsi və binanın həyətindəki qoruyucu hasarın qəzalı vəziyyətdə olması bina sakinlərini uzun illərdən bəri narahat edən ciddi problemlərdən biridir.
Bununla bağlı İH-nə dəfələrlə İH-nə yazılı müraciət edilməsinə və bir qrup bina sakinlərinin dəfələrlə İH-də olmalaraına baxmayaraq heç bir ölçü götürülməmişdir.
Мəsələ burasındadır ki, bir-birinin yaxınlığında yerləşən 5 binanin ərazisi sözün həqiqi mənasında cəngəllikləri xatırladır, bəzi məsuliyyətsiz bina sakinləri tərəfindən həyətin eybəcər şəkildə çəpərlənmişdir. Heç bir rəsmi qurumlarla razılaşdırmadan ağacların kəsilərək (Ümummilli lider demişdir: Bir ağacı kəsən mənim qolumu kəsmişdir) sənədsiz kommunikasiya xətlərinə bitişik (istilik və qaz) 2 mərtəbəli evin tikilməsi (İcra nümayəndəliyinin 50 metrliyində) bina sakinləri arasında münaqişə və xoşagəlməz halların baş verməsinə gətirib çıxarmışdır. Bu evin inşaat işləri axşam saat 9-dan sonra, gecə saat 3-4-ə qədər böyük səs-küylə sakinləri ciddi şəkildə narahat etməklə həyata keçirilmişdir.
Bundan başqa 7q saylı binanın önündəki qoruyucu divar nizamsız şəkildə əkilmiş və aşmış ağaclar tərəfindən sıxışdırılaraq əyilmiş və tam uçmaq ərəfəsindədir, üzlük daşları uçaraq maşınları zədələmiş və bu divarın dibində də uşaqlar oynamaq və sakinlər avtomobillərini saxlamaq məcburiyyətindədir. Azyaşlı uşaqların xəsarət alması isə hər an baş verə biləcəyini bir daha diqqətinizə çatdırırıq. Gələcəyimiz olan övladlarımızın sağlamlığını və həyatını təhlükə altında qoymaq isə biganəliklə yanaşı həm də cinayətdir. Binanın ətrafında icazəsiz qarajların tikilməsi, nizamsız ağacların əkilməsi, havalar isti olduğu vaxtlarda insanların nəfəs almasına çətinlik törədir. Az yaşlı ıuşaqların təhlükə ilə üzləşməsi az imiş kimi, havada oynamaq imkanindan da məhrum olduqlarını bir daha sizə xatırlatmaq istəyirik.
Mövcüd vəziyyətlə bağlı əlaqədar və müvafiq təşkilatlara dəfələrlə yazılı və şifahi müraciət edilmiş, gəlib yerində baxış keçirilmiş, lakin heç bir təşkilat bu yaranmış problemlə bağlı bir iş görməmişdir. Ona görə də, bu yaranmış acınacaqlı vəziyyətin ağirlığıni dərk edərək yenə də Sizə müraciət edirik.
7q saylı binanın sakinləri adından aşagıda qeyd edilən məsələlərin həllinə bilavasitə кöməк etməyinizi Sizdən xahiş edirik:
1. Əhmədli qəsəbəsi 7q saylı binaların önündəki uçmaq təhlükəsində olan divarın müəyyən qədər geri cəkilərək yenidən tikilməsinə;
2. Binanın sakinləri tərəfindən qanunsuz çəpərlənmiş sahələrin təmizlənməsi, qeyri-qanuni tikilmiş qarajların uçurulması və binanın həyətinin normal vəziyyətə gətirilməsi;
3. Uşaqların oynaması, əylənməsi, yaşlıların isə az da olsa səmərəli vaxt keçirmələri üçün müvafiq şəraitin yaradılması.

Əvvəlcədən Sizə öz dərin minnətdarlığımızı bildiririk.


Hormətlə,
7q saylı binanın sakinləri

Oxunub: 454
Oxşar xəbərlər
SON XƏBƏRLƏR