» » İTV-nin daha bir əməkdaşı koronavirusa yoluxub

İTV-nin daha bir əməkdaşı koronavirusa yoluxub


İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub.

Djb.az “Report”a istinadən xəbər verir ki, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.

O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı koronavirusa yoluxub.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31