» » Prezident: “Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”

Prezident: “Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”

Prezident: “Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”

“Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük. Bütün seçkilər saxtalaşdırılıb, amma bütün seçkilərə müsbət rəy verilib. Heç uzağa getməyək. Guya ki, onlarda baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti qanunsuz zəbt etmək istədi, parlament seçkilərini saxtalaşdırdı, özünə 50 faizdən çox səs yazdırdı. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in müşahidəçi missiyası buna müsbət rəy verdilər. Yaxşı, görmürdünüz ki, bu adam saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesi gedir?!”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, beynəlxalq müşahidəçilər Sarkisyan hakimiyyətinə, onun saxtalaşdırılmış seçkilərinə müsbət rəy verir, ondan sonra xalq ayağa qalxır: “Çünki erməni xalqı Sarkisyana və onun xuntasına nifrət edirdi, bunu gizlətmirdi və nifrətəlayiq bir ünsürdür. O vaxt xalq ayağa qalxanda onun hansı aciz vəziyyətdə olmasını bütün dünya görüb, qorxa-qorxa çəkildi kənara, dedi ki, mən səhv etmişəm, məni bağışlayın, qaçdı getdi. Qorxaq. Bunun başqa adı yoxdur. Amma özünü qəhrəman kimi göstərirdi. O hansı qəhrəmandır, bütün dünya gördü. Azərbaycanın dinc əhalisinə qarşı cinayət törədən o cəllad qorxaqcasına qaçıb gizləndi. İndi də əsas məqsədi odur ki, həbs olunmasın. Yəni, bu Sarkisyan xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və onun faşist simvolikası ilə eyni simvolikası olan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə 1-2 faiz səs toplayır? Təbii ki, saxtakarlıq. Amma mənim sözüm onda deyil. O aydın məsələdir ki, Ermənistan saxta dövlətdir və əlbəttə ki, saxtakarlıq orada əsas amildir. Mənim sözüm bax, buna göz yuman, demokratiyadan dəm vuran, Azərbaycanı qaralamaq istəyən Avropanın saxtakar müşahidəçilərinədir. Cavab verin. Siz buna necə müsbət rəy vermisiniz ki, bu adama bütün erməni xalqı nifrət edir və seçkilər də onu göstərdi”.

Azərbaycan Prezidenti əlavə edib ki, ona görə bu məsələ tam aydındır və artıq bu riyakarlığın üstü tam açılıbdır: “Artıq heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir. O ölkələr ki, onların qarşısında baş əyir, diz çökür, - Ermənistan kimi, - onların başını sığallayır, o ölkələr ki, ləyaqətli özünü aparır, ayaqda möhkəm durur və özünə qarşı hörmət tələb edir, - Azərbaycan kimi, - onlara hücum edir və hücumun da əsas tezisi insan haqları, demokratiyadır. Əlbəttə ki, bütün bunlar saxta iradlardır. Bayaq bizim haqqında danışdığımız beynəlxalq arenadakı uğurlarımız onu göstərir ki, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir”.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31