» » Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər

Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər


Ötən gün (04.07.2020-ci il tarixində - Red) saat 20:00 radələrində Salyan yolu dalan 2 ünvanında, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində 2137 nömrəli işlək quyunun cəmi bir neçə metrliyində yerləşən 6 sota yaxın boş torpaq sahəsinin zəbt edilməsinə cəhd olunub.

“Report”un məlumatına görə, özünü “Sizin media” qəzetinin təsisçisi, jurnalist kimi təqdim edən Şirəliyev Rövşən İlyas oğlu və onunla birlikdə “makler” kimi fəaliyyət göstərən, ətrafdakılar tərəfindən radikal Vəhabi təriqətinə mənsub olduqları deyilən Cəlal, Eyvaz adlı şəxslər tərəfindən torpaq sahəsinin tikinti aparılması üçün əlverişli vəziyyətə gətirilməsi məqsədi ilə işlər aparılıb.
Karantin zamanı neft mədəninin ərazisini zəbt etmək istədilər

Neft quyusunun dəmir konstruksiyalarının ərazidən kənarlaşdırılmasına yük maşınları və qaldırıcı kran cəlb olunub.

Mədən ərazisinin qanunsuz olaraq zəbt edilməsi mühafizəçilər tərəfindən aşkarlandıqdan sonra dərhal DİN-nin 102 Xidmətinə məlumat verilib.

Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Lakin bütün tələblərə baxmayaraq Şirəliyev Rövşən və onun ətrafındakılar istəklərinə nail olublar.

Onlar neft sənayesi avadanlıqlarını ərazidən uzaqlaşdıra biliblər. Daha sonra mühafizəçilərə hücum çəkərək onlara müxtəlif dərəcəli xəsarətləri yetiriblər.

Özünü Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəis müavini kimi təqdim edən Amil adlı şəxs mühafizəçilərə təzyiq göstərərək mədən ərazisinin Şirəliyev Rövşənə məxsus olduğunu bildirib. Məsələnin digər maraqlı tərəfi isə Bakıda sərt karantin rejiminin tətbiq edildiyi bir vaxtda bu qədər insanın küçəyə çıxaraq qanunsuz fəaliyyətlə məşğul olmasıdır.

Əlavə edək ki, adı çəkilən şəxslər tərəfindən 02.06.2020 və 18.06.2020-ci il tarixlərində də həmin ərazinin zəbt olunub, tikinti aparılmasına cəhdlər olmuşdu. Lakin həmin vaxtlarda polis əməkdaşlarının müdaxiləsi ilə ərazinin qanunsuz olaraq zəbt edilməsinin qarşısı alınmışdı.

Qeyd edək ki, Vəhabi təriqətinə mənsub insanları ətrafına toplayan Şirəliyev Rövşən, Cəlal, Eyvaz adlı şəxslər bundan əvvəl də bir neçə dəfə mədən ərazisini zəbt edib, evlər tikərək digər şəxslərə satıblar. Onlar mühafizəçilərin üzərinə hücum çəkərkən “yoldaşlarından” halallıq alaraq “şəhid” olmağa getdiklərini bildirirlər. Onların bu cür hədə-qorxu və hücumları barədə polis əməkdaşlarına məlumat verilib.
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31