dini radikalizm və ekstremizmlə mübarizə

Dəyərli Azərbaycan polislərinə ithafən yazıram


Azərbaycan Respublikasının ərazisində ictimai asayişin, əmin-amanlığın, təhlükəsizliyin keşiyində hörmətli polis əməkdaşları dayanmaqdadır. Ümumiyyətlə, onu demək istəyirəm ki, şəhər küçələrində bir çox başıpozuq, tüfeyli həyat tərzi keçirən insan dəstəsinin yaratmaq istədiyi hərc-mərcliyin, özbaşınalığın, qanunsuzluğun qarşısını alan yenə də məhz bizim polis qardaşlarımızdır. Biz onlara həyatımız ilə borcluyuq. Çünki, onlar da xalqdan heç bir təmanna güdməyərək öz həyatlarını təhlükə qarşısında qoyaraq gecə, gündüz, isti, yağış, külək, soyuq və qış demədən bizim güvənliyimizi təmin edirlər. Onlar çox vaxt heç öz əziz balalarının belə üzünü doyunca görə bilmirlər. Çünki, başqa balaları da düşünərək hər an vəzifə başında olmağı özlərinə şərəf borcu hesab etməkdədirlər. Allah onlardan razı olsun, amin! Sevimli polislərimiz hər səhər bir fədakar əsgər kimi öz iş yerlərində sıraya düzülərək komutandan zəruri öyüd-nəsihət, məsləhət və lazımi tapşırıqları alaraq təyin olunduqları yerdə qərar tutur və işə başlayırlar. Bu məqaləmi oxuyan əziz polis qardaşım! Mən bir kiçik qardaşın kimi, vətəndaş kimi səni çox sevir, xətrini əziz tutur və hər işdə sənə sonsuz uğurlar, tükənməz ruzi-bərəkət arzulayıram! Sənin yaxşı mənada mənim üçün etdiklərinin heç bir mislini belə sənə qaytara bilmərəm. Sənin mənim üzərimdə haqqın vardır. Çünki, mən şirin yuxuda yatarkən, sən 24 saat ərzində mənim keşiyimi çəkirsən. Mənim sənin üzərində heç bir haqqım yoxdur. Amma sən mənə haqqını halal et! Əgər mənim də bir balaca haqqım vardırsa, qoy, halal olsun sənə o haqq! Allah səni qorusun! Sən vətəndaşın sadiq dostusan, vətəndaş hər işində yalnız və yalnız sənə güvənir, sənə bel bağlayır. Allah sənə həmişə güc-qüvvət bəxş etsin ki, öz millətinin keşiyində sevə-sevə, rahat-rahat dura biləsən. Hal-hazırda, karantin şəraitində yaşayırıq. Sizlər yenə də gecə-gündüz iş başındasınız və fəaliyyətinizi layiqincə davam etdirirsiniz. Polis qardaşlarım, fürsətdən istifadə edərək sizdən xahiş etmək istəyirəm ki, heç olmasa, hər gün cəmi bircə dəfə maskanızı dəyişdirin. Çünki, gün ərzində eyni masqada qalmaq polislərimizin və Daxili Qoşunlardan olan cavan əsgərlərimizin həyatı üçün olduqca təhlükəlidir: ağızdan çıxan bütün mikroblar, karbon və bakteriyalar masqanın içərisinə hopur və onu dəyişməsək, o, yenidən bizim nəfəsimizə qayıdaraq ciddi infeksion xəstəliklər törədə bilər. Bizlər necə sizin üçün dəyərliyiksə, eynilə sizlər də bizim üçün bu cür əziz, sevimli, əhəmiyyətli və dəyərlisiniz. Dəyərli Azərbaycan polislərini, qardaşlarımı bağrıma basır və onlara Allahdan xeyir-dua diləyirəm! Sevgilərlə və sayğılarla!

Ərtoğrul Aypar

Oxunub: 945
Oxşar xəbərlər
SON XƏBƏRLƏR