dini radikalizm və ekstremizmlə mübarizə

Şöbə müdiri: "Bütün xəstəxanaları koronavirus xəstələrinə ayıra bilərik, bəs digər xəstələr necə olacaq?"

Şöbə müdiri: "Bütün xəstəxanaları koronavirus xəstələrinə ayıra bilərik, bəs digər xəstələr necə olacaq?"

“Səhhətində problemləri olan insanlar risk qrupundadır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, vərəm xəstələri də insanların sıx olduğu yerə getməməli, tibbi maska taxmalıdırlar.

“Biz nəyə görə sizdən xahiş edirdik ki, özünüzü qoruyun?! Bütün xəstəxanaları bağlayıb koronavirus xəstələrinə ayıra bilərik. Bəs digər xəstələr necə olacaq? Biz bütün insani resursları koronavirus xəstələrinə yönəltsək, təcili tibbi yardıma, müalicəyə ehtiyacı olan insanlar necə olsun? Buna görə də insanları qaydalara riayət etməyə çağırırdıq. İlk gündən deyirdik ki, xroniki xəstəlikləri olanlar risk qrupundadır, özlərini qorumalıdırlar. Virusdan qorunma metodu bəllidir: izolyasiya etməli, sıxlıq olan yerə getməməli, tibbi maska taxmalı, sosial məsafə qorunmalıdır. Resurslarımız var və istifadə edəcəyik, amma eyni anda bütün resursları, xüsusilə də həkimləri COVID-lə mübarizəyə yönləndirsək, digər xəstəlikləri olanlarla bağlı məsələ necə tənzimlənəcək? Əsas məsələ odur ki, resurslarımızı düzgün bölüşdürə bilək. Virusun nəzarətdə artması lazımdır ki, hamıya kömək edə bilək”, - deyə şöbə müdiri qeyd edib.

Oxunub: 569
Oxşar xəbərlər
SON XƏBƏRLƏR