dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev hərbi hissəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.

APA xəbər verir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Dövlətimizin başçısına hava hücumundan müdafiə sisteminə yeni daxil edilmiş döyüş vasitələri barədə məlumat verilib.

Bildirilib ki, ümumi ərazisi 11 hektardan çox olan hərbi hissəsinin tikintisinə iki il bundan əvvəl başlanıb və artıq yüksək keyfiyyətlə başa çatdırılıb. Həm zabitlər, həm də əsgərlər üçün yataqxana binaları inşa olunub. Yeməkxana binasında əsgərlərin qidalanması üçün hər cür şərait var. Müasir avadanlıqla təchiz olunan tibb məntəqəsi və digər yardımçı otaqlar yaradılıb.

Prezident İlham Əliyev qərargah binasında yaradılan şəraitlə də tanış olub.

Qeyd edilib ki, döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədilə hərbi hissənin ərazisində təlim meydançaları qurulub, ərazi tam abadlaşdırılıb.

Hərbi hissə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev hərbçilərlə görüşüb.

Dövlətimizin başçısı görüşdə nitq söyləyib.

Oxunub: 555
Oxşar xəbərlər
SON XƏBƏRLƏR