dini radikalizm və ekstremizmlə mübarizə

ŞAMİL ƏNVƏROĞLU POEZİYASINDAN


Varsa bu dünyada bir anlayanın,
Demək, danışmağa səbəbimiz var.
Varsa bu dünyanın içində sevgi,
Demək, yaşamağa bəhanəmiz var.

Varsa arzuları özündən böyük,
Ürəyi dünyadan böyük birisi,
Varsa bir ürəyin sənə boş yeri,
Demək, sevməyə də adamımız var.

Varsa əllərində isinən bir əl,
Səni hər bir kəsi sayan birisi,
Varsa yaşamına bir səbəb olan,
Demək, yaşanmalı bir günümüz var.

Varsa sabahlara olan ümidin,
Bir doğan Günəşin, bir aydın səman,
Varsa əllərindən tutan sevincin,
Hələ yaşamağa zamanımız var.


Gözəl əsərlər ruhun üsyanından doğar...

Ha böyüt ruhunda bir gül fidanı,
ha gözlə gülünü,açmırsa,açmır.
ha bəslə qanadı sınıq arzunu,
ha qaldır baş üstə,uçmursa,uçmur.

ha qov nankorları,getsin yanından,
ha qaç taleyindən,ömür "payından",
ha tut əllərindən,çox sev canından,
ha istə Tanrıdan,olmursa,olmur.

ha qayna bulaqtək axsın sözlərin,
ha gizlət içini,gülsün gözlərin,
ha qoru dəyməsin yerə dizlərin,
ha ağla,boşluqlar dolmursa,dolmur.

ha çalış arzular çin olsun deyə,
ha vuruş pisliklər yox olsun deyə,
ha istə yaxşılar çox olsun deyə,
ha səslə "ağ" günü,gəlmirsə,gəlmir.

ha soruş,bu dərdlər nəydi,Ilahi?
niyə dərd qəddimi əydi,Ilahi?
kimlər qarğış etdi,söydü,Ilahi?
ha tök göz yaşını,sönmürsə,sönmür.

ha sev birini də,nəfəs say onu,
ha eylə Günəşə,Aya tay onu,
ha say həyatına şirin pay onu,
ha et hər bir kəsin,sevmirsə,sevmir.

ha de,"ümidim var,yaxşı olacaq",
ha de "xoş günlərdən bizə çatacaq",
ha de "bu zülmətə Günəş doğacaq",
ha gözlə Günəşi,doğmursa,doğmur.

ha deyin "bir daha sevməyəcəm mən",
ha söylə "kimsəyə gülməyəcəm mən",
ha and iç "güvən nə? bilməyəcəm mən",
ha tükən,son ümid ölmürsə,ölmür...


Çıxıb Qarabağ yoluna,
"GƏL" dəyən ola bilmədik...

Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.
Ağlar qalmış bu torpağın,
qisasın ala bilmədik.
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.

Yanvar gəlir "qanlı yanvar"
Fevral gəlir "xocalılar"
Mart bitməmiş "soyqırımlar"
Məgər ilin bir gününə,
bir xoş gün yaza bilmədik?
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.

Bircə dildə asdıq,kəsdik,
Canlar verdik,sülh istədik,
"Con"lardan "imdat" dilədik,
özümüz ola bilmədik.
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.

Neft tutdu gözümüzü,
dollar kəsdi önümüzü,
Bir kərə də özümüzü,
günahkar saya bilmədik.
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.

Qənim olduq özümüzə,
doğmalaşdıq cibimizə,
qardaş həsrət evimizə,
biz bütöv ola bilmədik.
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.

Saraylarda xoşbəxt tula,
aslanları verdik yola,
evsiz qalan bir yoxsula,
bir daxma ola bilmədik.
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.

Çalıb oynayır TV-lər,
çoxalıb "biznes ledi"lər,
Harda o köhnə kişilər?
"Dur" deyən ola bilmədik.
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.

Dedik,unutduq hər sözü,
"Sən","mən" olduq,sildik "bizi",
Göyçə kimi ağlar gözü,
Silən əl ola bilmədik,
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik.

Düşmüşük alver dalına,
tamah saldıq Çin malına,
çıxıb Qarabağ yoluna,
"gəl" deyən ola bilmədik.
Məni bağışlama,Vətən,
bir oğlun ola bilmədik...


Shamil Enveroğlu
Qurban olum,darıxma,
sabahı bilmek olmaz.
Bax,çoxunun arzusu,
bu gün çin olur axı...
Sen heyatı bu qeder asan sanma,ezizim,
Yoxuşları çıxanın büdremeyi var axı...

Kimdir o xoşbext adam?
xoşbext yoxdur dünyada!
Üzde gülenler ki var,
ne çekirler arxada.
Hele şekillere bax,
boyalı üze baxma,
kederli gözlere bax.

Sirli ağrılar yatır,
o güleyen qadında.
Sen de ele bilirsen,
ağrı nedir? bilmir o?
İnan ki,üzü gülür,
unudub sevinmeyi,
heç ürekden gülmür o...

Daş deyilik gözleyek,
kimse qaldıra yerden,
Ağac ki sayılmırıq,
bağban su vere herden,
Axı,heyvan deyilik,
sahibimiz yem vere,
Olanlara baxma sen,
ne qeder çetin olsa,
yene qalaq ayaqda,
yene qaçaq her işe,
qoruyaq özümüzü,
İNSAN qalaq hemişe.

Oxunub: 1 704
Oxşar xəbərlər
SON XƏBƏRLƏR