dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid qızından Fuad Muradova sərt cavab


Son günlər sosial şəbəkəyə şəhid ailələrini təhqir etməklə gündəmə gələn Fuad Muradov qalmaqalı günü-gündən alovlanmaqdadır.

Fuad Muradovun çıxışını dəfələrlə izlədim və görnüşünə baxarkən ilk öncə insan olduğunu, dinlədikdən sonra isə insanlıqdan bu adamcığazda heç nə olmadığına tam əmin oldum.

Özünü dövlət başçısına canıyanan kimi göstərmək istəməsi tam fərqli şəkil alacağını o an anlamayan Fuad Muradov sonradan başa düşdü ki, böyük və bağışlanılmaz səhvə yol verib. O, bilməli idi ki, sədaqət ilk öncə anaya, vətənə, dövlətə və dövlət başçısına olur. Onun pafoslu çıxışında isə vətənə və anaya xəyanət var. Şəhidini təhqir edən bizdən ola bilməz, şəhidinin anasını təhqir edən şəxs heç vaxt sədaqətin nə olduğunu bilməz.
Cənab prezidet şəhid ailələrini evlə, torpaqla təmin edirsə bu onun dövlət başçısı kimi şəhid ailəsinə göstərdiyi diqqət və qayğısının insanlara bariz nümunəsidir. Hər kəsi şəhid ailələrinə qarşı diqqətli olmağa çağıran prezidentin Fuad Muradov kimi təlxəklərin qoruyucu mələk kimi görünməsinə ehtiyacı varmı? Məncə yoxdur. Amma əqidəsi olmayan insan bu kimi addım ata bilərdi.
F. Muradov haqqında qazilər, şəhid ailələri sosial şəbəkədə, mediada kəskin etirazlarını bildirdilər. Onlardan biri Şəhid Şaban Cəfərovun qızı gənc vətənpərvər Nərminə Cəfərova, F. Muradova kəskin şəkildə səs yazması ilə sözünü bildirmişdir. Nərminə Cəfərova Fuad Muradovdan şəhid ailələrindən, şəhid analarından və övladlarının hər birindən birər-birər üzr istəməli olduğunu bildirmişdir.
Şəhid qızının F. Muradova olan müraciətini oxucularımıza təqdim edirik. Bu məqamda yenədə atalar misalını xatırlatmaq istəyirəm. "Aslanın erkəyi dişisi olmaz."
Fuad Muradov kimi qeyrətsiz oğulun olmasındansa 100 dənə Nərminə kimi qızımızın olması yaxşıdır.

Almaz İLAHƏ

Oxunub: 1 077
Oxşar xəbərlər
SON XƏBƏRLƏR