dini radikalizm və ekstremizmlə mübarizə

TƏŞƏKKÜR EDİRƏM, QORXMAZ HƏKİM!


Allah bizi bütün yaratdıqlarından üstün yaratdı və bizdən heç nəyi əsirgəməsə də qeyb aləmini bizdən gizli saxladı ki, bir an sonra bizim başımıza gələcək hadisələrdən xəbərsiz qoydu...
Nə yaxşı Allah yaxşı insanların sayını da pislərdən çox edib. Bu yaxşı insanların - şəxsən həkimlərin vasitəsilə bizlər gözləmədiyimiz halda canımıza ürcah olan xəstəliklərdən xilas ola bilirik.
Dünən qardaşım Ağadini kəskin ağrılar səbəbindən bir başa Cəlilabad Rayon Diaqnostika Mərkəzinə apardım.
İlk yoxlanışda cərrah Qorxmaz Dadaşov kəskin apendisit diaqnozu qoydu.
Təcili əməliyyat olunmaq üçün labarator analizlərdən keçmək üçün tapşırıqlarını verdi və qısa müddətdə hər şey hazırlandı..
Qorxmaz həkimin verdiyi diaqnoz təsdiqini tapdı..
Bir saata yaxın davam edən əməlliyat qardaşımın həyatını xilas etdi..
Bu səbəbdən Qorxmaz həkim başda olmaqla bütun əməyi keçən həkimlərə və tibb bacılarına öz dərin minnətdarlığımı bildirirəm.
Nə yaxşı varsınız yaxşı adamlar!!!
Allah sizi xalqımıza, elimizə çox görməsin.

İdris Babayev

Oxunub: 539
Oxşar xəbərlər
SON XƏBƏRLƏR