dini radikalizm və ekstremizmlə mübarizə

FƏDƏKAR DEDİYİMİZƏ QARŞI KİM FƏDAKAR OLDU?


Yaşamaq əzmi bilirsiz nədir? Hər zərbədən ayağa qalxıb, buda keçər deyə bilməkdir. Ama nə qədər güclü, yenilməz görünsəndə, yenə də qırılmış qəlbinin parçalarını axtararsan.
İnsanlar səni dəyişdirər, gördüklərin yaşadıqların səni dəyişdirər. Yenə də daxilində güc tapıb, yenidən qalxarsan yaşayarsan, amma sən o sən olmazsan.
Aldığın zərbələr səndə insanlara güvəni öldürər, bir daha güvənə bilməzsən.
Buda keçər deyərsən yaşayarsan, yaradarsan hər kəs üçün yaşamış.olarsan bir tək özün üçün yaşamağa son qoyarsan.
Bir çoxuna övlad olarsan , bir çoxuna analıq , bacılıq edərsən bir tək özün üçün yaşamazsan.
Məqsədinsə yalnız başqalarını sevindirmək, problemlərinə kömək etmək, çağıranın harayına qaçmaq. Beləcə ömür sürərsən o sən olmazsan, hamı səni adına fədakar xanım deyər. Amma bir kimsə bilməz ki, qəlbləri sevindirməyə çalışan bi fədəkara qarşı heç kim fədakar olmadı məhz bunun üçün o fədakar oldu.
Sınmış, çiliklənmiş qəlbinin parçalanmış paralanmış, qəlpəyə bənzər olan ürəyinə insan sevgisini yerləşdirərək yaşadı!!!
Fədəkar dediyimizə qarşı heç kim fədakar olmadı , məhz bunun üçün o fədakar oldu!
İnsanlara insanlığı sevdirmək üçün !

Almaz İlahə

Oxunub: 464
Oxşar xəbərlər
SON XƏBƏRLƏR