dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağa marş yazıldı - Səs yazısı

Qarabağa marş yazıldı - Səs yazısı
"Cənab Prezidentin Qarabağla bağlı hücum taktikasına bu marşla dəstək vermək istədik".

Bu sözləri açıqlamasında Anka Der və Anka Azərbaycan Mədəniyyət, Sənət və rəqs klubunun başqanı Derya Akdemir deyib.

Dərya Akdemir bildirib ki, 30 ildən çoxdur həsrət qaldığımız Qarabağda ermənilərin dinc insanlarımıza qarşı törətdikləri soyqırımı unutmaq mümkün deyil. Bu bölgədə tökülən qanların hələ də qurumadığını, şəhidlərin qisası alınmayana kimi bu yaranın hələ də isti olacağını qeyd edən Anka Der başkanı Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə "Mən Qarabağı istəyirəm" adlı layihəyə start verdiklərini sözlərinə əlavə edib.

Onun sözlərinə görə marş tərzində yazılan, sözləri və musiqisi özünə aid olan bu mahnı sosial şəbəkələrdə paylaşılmağa başlanandan sonra xalq tərəfindən çox seviləcək:

"Tarixən bir millət, iki dövlət kimi hər zaman yaxşı və pis günlərində bir birinin yanında olan Azərbaycan və Türkiyə ictimaiyyətinin ortaq problemi olan Qarabağ dərdi əsli kökü Qarabağdan olan bir qarabağlı kimi məni hər zaman narahat edib. Yaradıcılığımda qızıl bir xətt kimi keçən Qarabağ dərdi məni məhz bu marşın sözlərini yazmağa və daha sonra isə onu bəstələməyə sövq etdi. Bu marşla biz bütün dünyaya çatdırmaq istəyirik ki, biz Türk milləti olaraq Qarabağdan əsla vaz keçməmişik və vaz keçməyəcəyik. Yaxın vaxtlarda marşın klipini Türk dünyasının önəmli sənətçiləri ilə birlikdə klipini hazırlamağı da planlaşdırırıq. Bu da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qarabağ məsələsi ilə bağlı bəyan etdiyi "biz artıq müdafiə taktikasından hücum taktikasına keçməliyik" fikrinə bizim də sənətçilər olaraq bir töhfəmiz olacaq".

Oxunub: 737
Oxşar xəbərlər
SON XƏBƏRLƏR