dini radikalizm və ekstremizmlə mübarizə

ƏHMƏD TÜRK SƏDƏRƏKLİ


Əhməd Məhərrəm oğlu Türk Sədərəkli 1935-ci ildə Naxçıvan MR Dəmirqala qapısı Sədərək kəndində dünyaya göz açıb. Elə orta məktəbi də doğma kəndində bitirib. Azərbaycan Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. 40 ildən artıq müəllimliklə yanaşı, bədii yaradıcılıqla məşğul olub. Əhməd Sədərəkli savadlı ziyalı-nüəllim, layiqli vətəndaş, bədii yaradıcılıqla məşğul olan məsuliyyətli, kövrək qəlbli, təbiət vurğunu olmaqla yanaşı, amalı, inamı alovlu vətənpərvər övlad yetişdirmək olan şair olub. O, çox əzablara dözən, lakin inamı ilə Allaha sığınan bir vətəndaş olub, heç vaxt Ulu Tanrıdan inamını üzməyib, həmişə ondan mərhəmət istəyib. Bununla yanaşı, O, heç vaxt əyilməyib, sınmayıb, hər kəsin sözünü üzünə söyləyib, kəskin təndiqddən istifadə edib, cəmiyyəti düz yola dəvət edib, saf əqidəli olmağa çağırıb. Bunları Əhməd Türk Sədərəkli müəllif olduğu "Salam dünya", "Tanrı sevdası", "Bahar quşları" və yüzlərlə şeirlərində tərənnüm edib və xalqa çatdırıb.
Əhməd Türk Sədərəkli insanları saf məhəbbətlə sevib, qayğı keş insan kimi hamını saf əqidəli olmağa çağırıb. O, daim halal çörəyi ilə yaşayıb, varlanmaq niyyətində olmayıb. İnsan taleyi üçün yarpaq kimi əsib, O, həm də gözəl saz ifaçısı olub, dəfələrlə mətbuatda, Naxçıvan televiziyası və radiosunda, Azərbaycan radio qovşağında öz duzlu və məzəli şeirləri ilə mütəmadi çıxışlar edib.
Əhməd Türk Sədərəkli 40 ildən artıq Sədərək orta məktəbində müəllim işləyib. Azərbaycan Yazıçılar İttifaqının, Şərur qönçələri ədəbi birliyinin fəal üzv idi. 6 kitabı, 500-dən artıq şeir müəllifi idi.

Hacı Tofiq Seyidzadə Sədərək Şairləri kitabı 2 səhfə 38-39.

Ceyhun Salmanoğlu
Malik Seyid

Oxunub: 457
Oxşar xəbərlər
SON XƏBƏRLƏR