dini radikalizm və ekstremizmlə mübarizə

YAŞASAYDI BU İL MƏZUN OLACAQDI


Arzuları nakam qalan Samirin həyatdan köcdüyünün birinci ildönümüdür....
İnsanın hansı xüsusiyyətlərə malik olduğunu bilmək üçün gərək onunla yol yoldaşı olasan. Məhz bu vətənpərvər övladlardan biri də Samir idi. Tural Əhlimanlının anım gününə həsr olunmuş tədbirdən tanıyırdım Samiri...
Yaşasaydı məzun olacaq idi...
Qəzadan gələn qəfil ölüm çox gözlənilməz və dəhşətli olur...
Bir gəncin həyatla vidalaşması hələ həyata keçməyən arzulara, ümidlərə son qoyulması insanda acı bir kədər yaradır...
28 may 2018 - ci il tarixində 91 saylı avtobus Şəhid Analarının fədakar oğlu Elman qardaşımızın oğlu 16 yaşlı Samirin həyatına son qoydu. Bu acı xəbər hər birimizin ürəyini dağladı.
Niyə axı zalım fələk aman vermədi balamıza?
Yarımçıq qalan layihələr, işlər, yarımçıq qalan arzular...Atası Elman qardaşımız arzularını gerçəkləşdirir...
Allah nakam köçən Samir balamıza rəhmət eləsin. Ata - Anasına, yaxınlarına səbir versin. Cənnət məkan olsun...Amin. İnşa Allah!
İlham Əliyev.

Oxunub: 609
Oxşar xəbərlər
SON XƏBƏRLƏR