dini radikalizm və ekstremizmlə mübarizə

Qeyripeşəkar addım jurnalisti nüfuzdan salır


Düşünürəm görəsən bəzi jurnalistlər nə üçün bu qədər haqqsızlığa yol verirlər? Onları buna vadar edən nədir? Qarşılarına bir insanı ləkələməy məqsədi qoyarkən başlarının üzərində Allahın olduğunu bilirlərmi? Axı ədalətli hakim olan Allah gec,tez hər kəsin əməlinin mükafatın verəcəkdir.
Ilk őncə onu qeyd etmək istəyirəm, kaş ki bir çox insanlarda Fizuli Məmmədovda olan Vətən sevgisi, qeyrət, vicdan olardi. Fizuli Məmmədov hərzaman Dövlətinə, Xalqina şəxsi öz hesabindan dəstək olub. Karonavirus pandemiyasının dövründə Cənab Prezident İlham Əliyevin çağırışına ilk səs verən iş adamı məhz Fizuli Məmmədov oldu. Bəzi jurnalistlər onun adından yardim kompaniyası həyata keçirtdi. Bu yardim kompaniyasinda Fizuli Məmmədovun üzərinə düşən maddiyyat idi onu da tam şəkildə göndərdi, ancaq ona haram qatan insanlar həmin vaxt Fizuli Məmmədova yağış kimi tərif yağdırırdılar. Fizuli Məmmədovun edilən yardımların siyahısını tələb etməsi bəzi insanlarda narahatlıqlar yaratdı, məhz bu səbəbdən o şəxslər bu gün F. Məmmədov haqqında qara piyar hazırlayırlar. Onlara sual verən yoxdur ki, ay jurnalistlər necə olur iki ay əvvəl kanalınızda F. Məmmədov haqqında söylədiyiniz yüksək fikirlər niyə belə tez dəyişdi? Edilən yardımın maliyyə dəyəri üçün təşkil olunan qəbzlərin istənilməsi nə üçün sizi belə incidib. Yaxşı sizlərin oynadığınız oyunun iç üzü açılmasını örtbasdır etmək üçün F. Məmmədov pis adam oldu? Kişinin sözü bir olar. Elin gözü tərəzidir bir neçə ay bundan öncə yazdıqlarınızın əksini yazmaqla ilk öncə öz qələminizə hörmətsizlik edirsiniz. Məhz bu addımınızla qeyri peşəkar olmağınızı təsdiqləyirsiniz. Qələminin çəkisi olan jurnalistlər yazılarına təqzib belə vermir. Qeyripeçəkar addımları bəzi jurnalistlərin məqsəd və məramını ortaya qoyur.
Eləcədə siz F. Məmmədovu ilk öncə dağa qaldırıb sonra dağdan yerə vurmağa çalışırsınız. Sizə xatırladım ki, bir insanı Allah ucaldarsa bəndə ona heç nə edə bilməz. Yel nə qədər bərk əsərsə dağdan yalnız çınqıl qopara bilər.
Mən Fizuli Məmmədovun Azərbaycanda təmsilçisi olaraq onu deyə bilərəm ki, Fizuli Məmmədov hər zaman dövlətçiliyin qorunub saxlanılması üçün dövlət başçısına dəstəy olmağa çalışıb.O, Şəhid ailələrinə, Qarabağ qazilərini şəxsi öz hesabından evlə təmin edib, xəstələrin müalicəsini, sosial durumu aşağı olan insanların ehtiyaclarını təmin edib və bu addımları hər zaman davamlı olacaqdır. Şəxsən mənim vasitəmlə etdiyi yardim kompaniyası da Fizuli müəllimin tam adina laiq şəkildə həyata kecirildi 300 dən çox ailəyə 1 həftəlik ərzaq yardımı edildi. İnsanlar F. Məmmədovun etdiyi yardıma görə təşəkkür və minnətdarlıqlarını bildirərək qeyd etdilərki verilən yardımların ən gözəli bu yardim oldu. Onu da qeyd edim ki Azərbaycanin dəyərli oglu Fizuli Məmmədov bir cox məmurlar kimi Azərbaycanda qazandıgı pullari xarici banklara ötürmür o, xaricdə zəhməti ilə qazandığı pullari öz dövləti, xalqı üçün sərf edir. Hər kimki Fizuli Məmmədov haqqında yalan fikirlər yayarsa, hüquq mühafizə orqanları qarşısında cavab verməli olacaqdır. Bu dövlətin qanunları var. Bu dövlətdə şah qanun deyil, qanun şahdır. Şantaj ilə işləyən hər bir jurnalistin reketliklə məşğul olduğu sübuta yetiriləcəkdir. Jurnalist öz qələmi ilə xalqına millətinə xidmət etməlidir, bəzi qeyri peşəkarlar isə bu gün vəzifə səlahiyyətlərindən istifadə edirlər. Bu gün hansısa sayt, portal və yutube kanalının sahibi ola bilərlər. Amma bu onlara haqq vermir ki, nüfuzlu insanların xoş məramlarına kölgə salsınlar. Bilin ki, biz Şəhid ailələri, Qazilər son nəfəsimizə kimi qeyretli ogullarimiza dəstəyik və hərzamanda onların yanında olacağıq.

Djb.az Nərminə Cəfərova

Oxunub: 1 536
Oxşar xəbərlər
SON XƏBƏRLƏR