» » Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alındı

Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alındı


Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tvitter səhifəsində yazılıb.

“Son 24 saat ərzində ÜST-ə 106 min yoluxma halı barədə məlumat daxil olub ki, bu da indiyədək bir sutka ərzində qeydə alınan ən yüksək göstərici olub. Bu halların, demək olar, üçdə ikisi cəmi dörd ölkədə qeydə alınıb”, - paylaşımda bildirilib. Lakin söhbətin virusa ən çox yoluxma hallarının qeydə alındığı hansı ölkələrdən getdiyi açıqlanmır.

“Worldometer” saytının məlumatlarına əsasən, bütün dünya üzrə COVID-19-a yoluxanların sayı 5 milyona yaxınlaşır, bu virusdan ölənlərin sayı isə 352 mindən çoxdur.
Oxşar xəbərlər
«    Mayıs 2020    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031