dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyədən Azərbaycana koronavirusa qarşı 50 min həb göndəriləcək


Türkiyənin məşhur dərman istehsalçısı “Abdi İbrahim” koronavirusla (COVID-19) mübarizəyə verdiyi dəstəyi beynəlxalq müstəviyə çıxarıb. Epidemiyanın yayılmağa başladığı ilk günlərdən hərəkətə keçən şirkət xammal alaraq 1 milyon 600 min həb istehsal edib.

İlin sonuna qədər bütün istehsal məhsullarını Qazaxıstan, Əlcəzair və Azərbaycana bağışlamağı öhdəsinə götürüb.

Djb.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, epidemiya ilə qlobal mübarizəni dəstəkləyən şirkət artıq 100 min xlorofin fosfat dərmanı və 7 min asetilsistein məhsulunu istehsal müəssisələrinin yerləşdiyi Qazaxıstana bağışlayıb.

Növbəti mərhələdə isə, Əlcəzairə 100.000 və Azərbaycana 50.000 həb xlorofin fosfat hədiyyə ediləcəyi açıqlanıb.

Oxunub: 459
Oxşar xəbərlər
SON XƏBƏRLƏR