» » Bu gün dəyərli , sadə, səmimi, ziyalı olub, Suraxanının tarixinə qızıl hərflərlə yazılan sabiq icra başçımız , professor Hacıbala Abutalıbovun doğum günüdür!

Bu gün dəyərli , sadə, səmimi, ziyalı olub, Suraxanının tarixinə qızıl hərflərlə yazılan sabiq icra başçımız , professor Hacıbala Abutalıbovun doğum günüdür!


Bu gün dəyərli , sadə, səmimi, ziyalı olub, Suraxanının tarixinə qızıl hərflərlə yazılan sabiq icra başçımız , professor, 91lərdən olan, dövlətinə, Prezidentinə sadiq olan Hacıbala Abutalıbovun doğum günüdür! Onu bu münasibət ilə səmimi qəlbdən təbrik edirəm, ona can sağlığı , uzun ömür arzulayıram! Hacıbala müəllim hər zaman insanlara qarşı, xüsusən də Suraxanı rayonuna qarşı , işlədiyi müddətdə diqqətcil, qayğıkeş və zəhmətsevər olmuşdur. Hər zaman imkansız , şəhid ailələrinə kömək etmiş, ehtiyacı olanların dadına yetmişdir. Elə buna görədir ki, o heç vaxt , heç zaman qədirbilən insanlar tərəfindən unudulmur. Bu gün çoxları Hacıbala müəllim sayəsində həyatda mövqe əldə etmiş, təhsil almış, ev, obyekt, iş , güc sahibi olmuşlar. Bundan əlavə professor kimi bir neçə insanların elmi rəhbəri olmuş Hacıbala müəllim ,hər zaman sadəliyə, səmimiliyə önəm vermişdir. Bu gün mənim də uğurlarımın mənbəyi birinci Allahdan gəlirsə, bir çox işlərimdə, həyatımın yaxşı tərəfə yönlənməyində Hacıbala müəllimin rolu olmuşdur. Mən və mənim ailəm, heç vaxt , xüsusən də 1 ci qrup əlil olan həyat yoldaşım, heç vaxt bu gözəl insanın bizə olan qayğısını unutmayacağıq...
Allah hər zaman, hər dövrdə gözəl , səmimi insanları mənim yoluma çıxardır! Hacıbala müəllimi tanımağımla mənim həyatımın dönüş nöqtəsi olmuşdur, desəm yanılmaram! Mən bu illər ərzində ondan çox örnək alası hərəkətlər öyrəndim! Ən əsası dövlətinə, Prezidentinə sadiq olan bu insan , öz işçilərindən də sadə davranışı ilə mənim ürəyimi hər zaman fəth etdi!
Allah Sizi qorusun! Sizi hər zaman özümə , böyük , ağsaqqal bildim! Atamı çox tez itirdim! Lakin Siz hər zaman mənə ən çətin anlarımda dayaq oldunuz! Allah Sizi qorusun gözəl İNSAN! AMİN...
Cəmilə Ağayeva
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031