dini radikalizm və ekstremizmlə mübarizə

Leonid Yakuboviç: “Heydər Əliyev həyatımda böyük iz qoydu”


"Mən bir vaxtlar Heydər Əliyevin qəbulunda olmaq və zövq almaq şərəfinə nail oldum. O, fantastik dərəcədə elə mükəmməl insan idi ki, mənə fövqəladə təəssürat bağışladı və bu görüş sanki dünən imiş kimi, indiyə qədər gözlərimin qarşısındadır. Sonralar çox az adam məndə belə təəssürat yaratdı”.

Bu sözləri “Report”un Rusiya bürosuna sovet və Rusiya teleaparıcısı, Rusiya Federasiyasının Xalq artisti Leonid Yakuboviç deyib.
"Heydər Əliyev möcüzəli şəxsiyyət idi. Mən belə düşünürəm ki, onu şərqdə daha çox tanıyır və qiymətləndirirlər. Bununla belə, mən çox xoşbəxtəm ki, bu insanı gördüm.
Həyatımda çox az adamlar olub ki, onlar haqqında belə danışa bilərəm. Görüşdüyüm çoxsaylı insanlar məndə belə təəssürat yaratmadılar”, - o qeyd edib.

"İndiyə qədər xatırlayıram, o, praktik olaraq heç nə soruşmadan, məni nəsə haqqında danışmağa məcbur etməyə çalışmadan söhbət apara bilirdi, eyni zamanda, mən ona hər şeyi danışdım və hətta özüm anlamırdım ki, bunu niyə etdim. Heydər Əliyev mənim həyatımda böyük iz qoydu", - L.Yakuboviç deyib.

Oxunub: 495
Oxşar xəbərlər
SON XƏBƏRLƏR