dini radikalizm və ekstremizmlə mübarizə

Bu gündən ali məktəblərə sənəd qəbulu başlayır


Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlər üçün sənəd qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sənəd qəbulu 12 may-5 iyun tarixlərində onlayn şəkildə aparılacaq.

İmtahanların 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının hər hansı biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərtilə V ixtisas qrupu üzrə də müsabiqədə iştirak edə bilərlər.

Oxunub: 432
Oxşar xəbərlər
SON XƏBƏRLƏR