dini radikalizm və ekstremizmlə mübarizə

“Səsimizdən Qüvvətli Sözümüz Regional Natiqlik Forumu” layihəsi uğurla yekunlaşdı.


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi "Vətəndaş Cəmiyyətində Debat" İB-nin tərəfdaşlığı ilə keçirilən “Səsimizdən Qüvvətli Sözümüz Regional Natiqlik Forumu” layihəsi uğurla yekunlaşdı.
Layihə çərçivəsində Hacıqabul,Saatlı,Sabirabad və Şirvanda olmaqla ümumilikdə 4 təqdimat və təlimlər keçirildikdən sonra Şirvan şəhərində iki gün davam edən Debat Forumu keçirildi.

Debat Forumunda 11 komanda tərkibində 33 debatçının «Gənclərin karyera imkanları qazanmasında könüllülük ən əsas faktordur» mövzusunda mübarizə apardığı debat raundlarının yekununda daha uğurla çıxış “Qarabağ” və “Beeg Boss” komandaları finala vəsiqə qazandılar.
“Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirilən final oyununda daha uğurla çıxış edən “Beeg Boss” komandası forumun qalibi oldu.

Forumun ən yaxşı 10 natiqi aşağıdakı debatçılar oldular.

1.İsmayılov Araz
2.İbrahimova Günel
3.Məmmədov Sahil
4.Yusifova Fidan
5.Ağayev Əmrah
6.Cəfərova Mədinə
7.Hüseynova Zeynəb
8. Cabbarova Asiman
9.Şahhüseynov Xızır
10.Məmmədli Aytac

Qeyd edək ki, layihə çərçəvəsində Hacıqabul,Saatlı,Sabirabad və Şirvanda yaşayan və təhsil alan gənclər olmaqla ümumilikdə 250-dən çox gənc iştirak etmişdir.


Oxunub: 510
Oxşar xəbərlər
SON XƏBƏRLƏR