» » “Mübariz Natiqlər” layihəsi uğurla yekunlaşdı.

“Mübariz Natiqlər” layihəsi uğurla yekunlaşdı.

  • 11-05-2020, 11:12
  • Gundem
  • 108

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi "Vətəndaş Cəmiyyətində Debat" İB-nin tərəfdaşlığı ilə keçirilən “Mübariz Natiqlər” layihəsi çərçivəsində Biləsuvar rayonunda 3 müxtəlif auditoriyada 200-dən gənci əhatə edən təlim, 50-dən çox gəncin iştirak etdiyi debat forumu olmaqla ümümilikdə 4 tədbir həyata keçirildi.
15 fevral 2020-ci il tarixində Biləsuvar Heydər Əliyev Mərkəzində layihə çərçivəsində reallaşan Debat Forumunun “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirildi.

16 komanda tərkibində 48 gəncin «Gənclərin karyera imkanları qazanmasında könüllülük ən əsas faktordur» mövzusunda mübarizə apardığı debat raundlarının yekununda daha uğurla çıxış edən Biləsuvar rayon 4 nömrəli tam orta məktəbin “Nar” və Milli Qəhrəman Mübariz İbrahimov adına Liseyin “Mübariz liseyi” komandası finala vəsiqə qazandılar.
Final mərhələsində daha uğurlu çıxış edən “Mübariz liseyi” komandası debat formunun qalibi oldu.

Forumun ən yaxşı 10 natiqi adına aşağıdakı, gənclər layiq görüldülər.

1. Nuriyeva Aysun
2. Məmmədova Fatimə
3. Kamilova Gülnar
4. Səfərli Aysu
5. Abdullazadə Murad
6. Həsənzadə Murad
7. Şahbazlı Leyla
8. Həsənli Emin
9. Məmmədli Nərmin
10. Quliyev Samir

Sonda qalib komandaya kubok və medal,ən yaxşı natiqlərə medal,bütün iştirakçılara sertifikat verildi.


Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031