dini radikalizm və ekstremizmlə mübarizə

BU GÜN ŞƏHİDİMİZ RÜSTƏM İSMAYILOVUN ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN GÜNÜDÜR.


İSMAYILOV RÜSTƏM NƏSİB OĞLU 1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. Sumqayıtda təmayüllü məktəbi bitirdikdən sonra, Gəncə baza İnşaat Texnukumuna qəbul olmuş, elə ilk gündən qət etmişdi ki, burda qalıb işləsin, qurub yaratsın, yeni binalar tiksin.
Ancaq müharibə, doğma torpaqlarımızın işğalçılardan təmizlənməsi, Qarabağın azadlığı, Rüstəmin arzularını arxa plana çəkdi. 1992-ci ilin sentyabrında texnikumu yarımçıq qoyub, cəbhəyə yollandı.
O, cəbhəyə getdiyi ilk gündən odlu nöqtələrdə olmuş, Ağdərə bölgəsində, Çıldıranda, Qızılqayada, Sırxavənddə gedən döyüşlərdə fədakarlıq göstərmişdir.
1993-cü ildə Rüstəm Daxili Qoşundan Milli Ordunun sıralarına keçir. Burada da hünər göstərir, onun iriçaplı pulemyotunun səsi gələndə, düşmənlər pərən-pərən olar, döyüşçülərimiz isə vəcdə gəlib hücuma keçərdilər.
1994-cü il mayın 8-də Rüstəm İsmayılovun son döyüşü Qırmızı kənddə oldu. Həmin gün ermənilər hücuma keçmişdilər. Əsgərlərimiz iki gün mühasirədə qaldı. Onlar mühasirədə ola-ola son güllələrinə kimi döyüşmüş, ermınilərə güclü müqavimət göstərmişdilər. Bu döyüşdə əsgərlərimizin yanında tank, zirehli maşın olmadığından, onların yeganə ümid yeri Rüstəmin iriçaplı pulemyotu idi. Elə bu pulemyot hesabına da mühasirə yarıldı. Əsgərlərimiz xilas oldu. Lakin düşmən mühasirəsini yaran Rüstəm İsmayılov bu döyüşdə qəhrəmancasına Şəhid oldu.
Bərdə şəhəri ŞƏHİDLƏR XİYABANINDA dəfn olunub.

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR