dini radikalizm və ekstremizmlə mübarizə

DÜNYAYA ÇIRAQ OLAN İNSANLAR...


Bu gün respublikanın Əməkdar müəllimi, Beynəlxalq Rəsul Rza mükafatlı, " Vətənpərvərlik işinə görə" medallı yazışı-publisist Səxavət Tağların doğum günüdür. Mətbuatda və sosial mediada onun ünvanına tanınmış elm-təhsil, ədəbiyyət, mədəniyyət nümayəndələrindən, tələbə və müəllim yoldaşlarından təbriklər gəlir. Biz də təbriklərə qoşulub, Səxavət müəllimin tələbə yoldaşı Esmira Cəfərovanın təbrikini Sizə təqdim edirik!

....İnsan var bu dünyaya çıraqdır. Mənimçün çox dəyərli dost, tələbə yoldaşım, qardaşım, doğmam, Səxavət müəllim! Siz bu dünyaya çıraq olan insanlardansınız. XOŞ GƏLDİNİZ BU DÜNYAYA! Ürəyi geniş, sevgisi bol olan insan! Tanrı Sizi nə gözəl bir gündə bəxş etdi bu dünyaya. QƏDƏMLƏRİNİZ MÜBARƏK ! Bütün sabahlarınız xeyirliyə , aydınlığa , sevgi və sevinc dolu illərə açılsın, inşallah !
Çox məsuliyyətli, şərəfli və mənalı ömür yolunu vüqarla addımlayan əziz dost! Tanrı bu həyatda gözəl söz boxçası yaratmaq üçün Sizə bənzərsiz və şirin bir qələm bəxş edib. Qələmə aldığınız bütün bədii və publisist yazılarınız Sizin gözəl qələm sahibi olmağınıza dəlalət edir. Daim yazıb-yaratmaq əzmi nəsibiniz olsun. Bu müqəddəs Ramazan ayında sidq ürəkdən edilən dualar müstəcəb olur : qəlbdən dilə, dildən səmaya, səmadan Allaha çatır. Aləmlərin padişahi Uca Rəbbimiz öz lütvünü, səxavətini bizim SƏXAVƏTDƏN əsirgəməsin. AMİN !

Esmira Cəfərova, filoloq.

Oxunub: 1 207
Oxşar xəbərlər
SON XƏBƏRLƏR