dini radikalizm və ekstremizmlə mübarizə

Elmar Məmmədyarovun ATƏT-in həmsədrləri ilə görüşü olub

Elmar Məmmədyarovun ATƏT-in həmsədrləri ilə görüşü olub

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Endryu Şafer (Amerika Birləşmiş Ştatları), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü baş tutub.

APA XİN-ə istinadən xəbər verir ki, görüşdə tərəflər hazırda COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə ediblər.

Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb.

Oxunub: 400
Oxşar xəbərlər
SON XƏBƏRLƏR