dini radikalizm və ekstremizmlə mübarizə

ZƏRİF QƏHRƏMAN XEYRİYYƏÇİ İŞ ADAMININ ÜMİDLƏRİNİ DOĞRULTDU


Bu dün oxucularıma zərif incə amma çox cəsarətli bir qəhrəmandan söz açacam. Bu gün mənim qəhrəmanımı bəlkə də çoxları tanıyır , axı texnika texnoloğiya dövründə hansısa bir iş xanımını, ictimai simanı tanımamaq olmaz.
Onu çoxları tanıdı, amma tanımayanlarda az deyil.
Məhz tanıyıb və tanımayanlara bu günkü qəhrəmanımın görünməyən və bilinməyən əməllərindən söz açacam.
İlk öncə prespektivli gənc , xalqını, millətini sevən azərbaycan qızı.
Ona baxdıqda təlatümlü dənizi xatırlayıram, bəzən düşünürəm ki, çılğın ləpələri ilə bütün haqqsızlıqları yuyub aparacaq, mərhəməti ilə insanların çoxuna örnək olacaq.
Bəzən düşünürəm görəsən bu zərif qız bu qədər sevgini necə qazanıb? Tanıdıqsa iç dünyasına baş vurduqca, anladım qanı halal olanın əqidəsi düzgün olur. O, şəhid övladıdır bu vətən sevgisi, dürüstlük də məhz o qanın təmizliyidir. O, şəhid Şaban Cəfərovun övladı Nərminə Cəfərovadır.
Təsadüf nəticəsində öyrəndiyim bir hadisəni sizlərin nəzərinə çatdırmaq istəyirəm.
Nərminə gənc olmasına baxmayaraq öz vəsaiti ilə çox aztəminatlı ailələrə kömək edir. Buni bilən bir gənc ailə Nərminə xanıma müraciət edərək övladının vəziyyətinin ağır olduğunu deyirlər. Təcili əməliyyat lazım idi. Əməliyyat 30 min azn məbləğə başa gələcəyi xəbəri ailəni sarsıtmışdı. Onlar heç vaxt bu məbləği düzəldə bilməyəcəkdilər. Nərminə H. Əliyev fonduna müraciət edir 20 min az ayrılan mənləğ çatmadığı üçün Nərminə bankdan öz adına 10 min azn məbləğ götürərək uşağın əməliyyat etdiri. Üstündən bir neçə il keçməsinə baxmayaraq bu hadisəni uşağın valideyinləri bilmirlər. Son Parlaament seçkiləri zamanı Nərminə Cəfərova da bir çox gənclər kimi namizədliyini irəli sürdüyü bir dönəmdə ona da media dəstəyi göstərirdik. Seçicilərlə keçilən görüşlərin birində çıxış üçün mənə söz veriləcəyi deyilmişdi. Mən isə bir insanı yetərincə tanımasam onun haqqında yüksək fikir söyləmirəm. Beləcə jurnalist araşdırmam bu zərif qızın necə böyük ürəyə malik olduğunu öyrəndikdə onun haqqında fərəhlə danışdım. Beləcə Nərminə xanım o, gündən mənim qəlbimi qazandı.
Son aylarda dünyanı sarasıdan bəla karonavirus pandemiyası ilə bağlı insanların qorunması üçün dövlətimizə dəatəy olan könüllülər aztəminatlı ailələrə yardım etdilər. Amma köməklik göstərənlərin içində iş insanlarından yeganə Fizuli Məmmədov Azərbaycanda olmadığı halda dövlət başçısına bir daha sədaqətini atdığı addımları ilə sübut etdi.
F. Məmmədov Djb.aza verdiyi müsahibəsində bildirdi "Nə qədər ki, bu bəla başımızın üzərindədir mən nə prezidentimi nə də xalqımı tək qoymayacam.
Mən hər zaman sizinləyəm."
Xeyriyyəçi iş adamı Fizuli Məmmədov azərbaycanda xeyriyyə işlərinin həyata keçirilməsini Nərminə Cəfərovaya həvalə etdi. Və o verdiyi tapşırığı Nərminə xanım çox yüksək səviyyədə həyata keçirdi.
Fizuli Məmmədovun ehtimadını doğrultmağı bacaran Nərminə xanımın daha böyük layihələrə imza atacağına əminəm.
Sabadlı gənc kadr olması ilə yanaşı həm də xalqını millətini dövlətini sevən və sədaqətini əməli ilə göstərən azərbaycan qızıdır. O, bizə Şəhidimizin əmanətidir.

ALMAZ İLAHƏ

Oxunub: 716
Oxşar xəbərlər
SON XƏBƏRLƏR