dini radikalizm və ekstremizmlə mübarizə

TÜRK olmaq.


Türk olmaq fərqli bir işdir. Vətəni sevərsən quldurmuş kimi rəftar edərlər. Millətini sevərsən irqçi deyərlər. Türkəm deyərsən faşist deyərlər. Bu dünyada hər şey ola bilərsən: yəhudi, alman, ərəb ,erməni və ağlına nə gələrsə.... Amma 'Türkəm'dediyin zaman sıxılarlar. 'Türkəm dediyin zaman zalım, qulağını sıxıb, dişlərini qıcayar sənə qarşı. Bütün qəminə rəğmən bir dəfə yenidən yaradılsam 'səni hansı millətin üzərinə yaradaq 'deyə desələr hər dəfəsində "Türk olaraq yaradın məni" deyərəm.
Türk olmaq zalımı narahat etmək deməkdir. Türk olmaq məzluma ümid olmaq deməkdir. Buna görə nə xoşbəxtəm Türküm deyənə, nə xoşbəxtəm Müsəlmanam deyənə.
Müsəlman olmaq örnək olmağı gərəkdirir. Bütün dünyanı dizə gətirib, müsəlmanlığı yönəldə bilmək nə böyük bir şərəfdir. Türkiyənin və dünyanın çətin günlərində birlikdəyik. Covid-19 ilə yatıb Covid-19 ilə dururuq. Bəlkə deyə bilərsiniz "Hər şeyi Allah'a bağlayırsınız" bəli Allah'a bağlayırıq. Aldığımız nəfəs sayılarkən, Allah istəməzsə, bir yarpaq belə əsə bilməz. Necə ki, Firon'u qarışqa ilə dayandıran, Nəmrudu topal milçəklə tərbiyyə edən Allah, bəzən bir pandemiya ilə böyük dünyanı çalxalaya bilər. Bu qədər böyük hadisələrin səbəbi gözlə görünməyəcək qədər balaca bir pandemiya deyilmi? ABŞ senatoru Quranın tilavəti ilə açıldı, Vatikanda papa online bir sistemlə, bütün xristian aləm ilə toplu şəkildə dua seansları edir. İspaniya Qranada yəni, Onderustdə 500 il sonra əzan oxunur. Almaniyada bütün millətin eşidəcəyi şəkildə mikrofonlardan əzanlar oxunur. Covid-19 insanlığın İslamı seçməsinəmi vəsilə olacaq? Ağlımıza gəlmir də deyil. Amma bunu unutmayaq ki, eyni işıq eyni təsiri icad edə bilməz hər yerdə. Gülün üzərinə düşən Günəş işığı gülün gözəl qoxusunu artırar.

BDAT Prezidenti
Sərraf Kərimov

Oxunub: 769
Oxşar xəbərlər
SON XƏBƏRLƏR