dini radikalizm və ekstremizmlə mübarizə

YOLUN DÜŞSƏ BU DÜNYAYA BİRDƏ GƏL


İçimizi göynədən sənsizlik dərdi görəsən nə zamansa sağalacaq qurbanın olum.
Qaysaq bağlasa belə hər İLKİN adı eşidəndə qanayır. Görəsən belə yaralar daşıyan nə qədər insan var? Dərdli insanlara baxdıqca mən tək deyiləm deyərək dərdə güc gəlməyi bacarır insan. Sən bizi sənsiz bıraxdın canım qardaşım, amma biz sənsiz olmadıq.
Səndən sonra nələr oldu əmim balası bir bilsən,
Toylarımız belə yalançı oldu ... Yalançı toy bilirsən necə olur?- hər kəs bəzəyli düzəyli olsa belə gözlərdə kədər, ürəkdə yangı, hər kəsin bir- birindən gizlətdiyi göz yaşı.
Bizdə bir-birimizdən göz yaşımızı gizlədərək Elşənimizə toy etdik, artıq bir gözəl balası var.
Hər kəsə ürək-dirək verən, möhkəm görünməyə çalışan, dağ əzəmətli əmim qəfil gedişiylə son sözünü belə dedi.
Mən İLKİNSİZ YAŞAMAQ İSTƏMİRƏM.
Bala dağı onuda yıxdı.
Sənin gedişindən sonra hər dəfə onu gördükdə
Məni sinəsinə sıxaraq deyirdi əmi yanan ürəyinə qurban Alma... Axı o da mənə Alma deyirdi.(((( Hə yanan ürəylərə təskinlik versə də öz qəlbi dözmədi sənsizliyə.
Sənin övladlarınla nəfəs alırdı. Övladının yurdunun boş qaldığını hər gün bir atanın görməsinə qəlb necə dözə bilərdi? Üç azyaşlı balan, gəncəcik gözəl yarın. Atan bu dərdləri çəkə bilmədi. Və geri baxmadan uçub getdi.
İndi birlikdəsiz, heç yuxularıma gəlmirsiz.
Amma mən hər gecə gözlərimi yumarkən sizlərdən bir xəbər alacağımı gözləyirəm.
Vaxt tapanda bizə də gəl bacı qurban.
Axı sən məni heç unutmazdın zəng edərdin hal əhval tutardın, arda bizə gələrdin.
Yenədə gəl o dünyadan bu dünyaya bir xəbər demək üçün gəl. Hamınızın sevimlisi İlahəmdən xəbər demək üçün gəl.
Əmilərin bir araya toplanaraq keçmiş günlərdəki kimi xoşbəxt olduqların demək üçün gəl. Nə olar əmim balası bilirsən sən bir başqa aləm idin.Sən hər kəsin sevimlisi idin yenədə elə qalacaqsan. Məndə səni Ağayevlər...Mirzəyevlər... Əhmədovlar adından ad gününü təbrik edirəm.
Məkanın cənnət olsun ey əhlibeyt nəslinin övladı.
Hər zaman qapım üzünə açıqdı, canım qaqam. Yolun düşsə bu dünyaya birdə gəl.

Almaz İlahə

Oxunub: 626
Oxşar xəbərlər
SON XƏBƏRLƏR