dini radikalizm və ekstremizmlə mübarizə

Bulvar belə yuyuldu - Fotolar

Bulvar belə yuyuldu - Fotolar

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.

"Qafqazinfo" xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bütün Bulvar ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqlarına qədər hər yer dezinfeksiya edilib.

Profliaktik tədbirlər Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə görülür. Bulvar ərazisində dezinfeksiya işləri davamlı şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər, iaşə obyektləri, gəzinti gəmiləri, attraksionlar mütəmadi olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya olunur. Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.

Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Bulvardakı bütyün iaşə obyektlərinin, attraksionların fəaliyyəti dayandırlıb. Bulvardakı avtomobil dayanacaqlarının da fəaliyyəti dayandırılıb. Məqsəd havaların istiləşməsi ilə əlaqədar Bulvar insan axınını qarşısını almaqdır.

Dənizkənarı Bulvar İdarəsi sakinləri zərurət yaranmadığı təqdirdə evdən çıxmamağa, müəyyən səbəblərdən Bulvar ərazisində olarkən Operativ Qəraragahın təlimatlarına riayət etməyə çağırır.





Oxunub: 425
Oxşar xəbərlər
SON XƏBƏRLƏR