» » Xüsusi karantin rejiminin tətbiq edilməsinin səbəbi AÇIQLANDI

Xüsusi karantin rejiminin tətbiq edilməsinin səbəbi AÇIQLANDI

Xüsusi karantin rejiminin tətbiq edilməsinin səbəbi AÇIQLANDI

"İndiyə qədər görülən işlər nəticəsində ölkəyə koronavirus infeksiyasının xaricdən daxil olmasının qarşısı alınmış vəziyyətdədir”.

Bunu bu gün ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. İ. Məmmədov deyib ki, ölkədə biznes fəaliyyətinin qorunub saxlanması üçün yükdaşımalar, ticarət əlaqələri təmin edilir: "Səhiyyə işçilərinin gecə-gündüz fəaliyyətinə baxmayaraq, artıq ölkə daxilində də yoluxma halları var. Dünyada da yaranmış vəziyyəti nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi tətbiq edib”.

İ. Məmmədov əlavə edib ki, martın 24-dən aprelin 20-dək davam edəcək xüsusi karantin rejiminə əsasən, artıq rayonlardan Bakı, Sumqayıt və Abşeron rayonuna deyil, Bakı, Sumqayıt və Abşerondan da rayonlara çıxış qadağan edilir.///Apa
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930