dini radikalizm və ekstremizmlə mübarizə

"Yuxu"


Respublikanın Xalq artisti Rafael Dadaşovun əziz xatirəsinə həsr olunur.



Dünyanın yaraşıqlı aktyorlarının siyahısının başında məhşur Alen Delon durur... Demək olar ki, bütün qadınların sevgi dolu baxışlarla təqib etdiyi bu aktyorun gözəllik etalonuna çevrilməsi də təsadüfi deyil. Onun sadəcə tək fakturası (hələ istedadını qoyaq bir yerə) buna sübutdur.. Azərbaycan incəsənətində Rafael Dadaşovdan da bu cazibə qüvvəsi yan keçmədi... Qadınlar ona uzaqdan və yaxından vuruldu... Sevgi etirafı etdi... illüziyalar belə qurdu...
Onunla tərəf müqabili olan aktrisalar belə qürur duymaqdan vaz keçmədi... Çünki əmin idilər ki, rolda olsa belə ən yaraşıqlı aktyorla bir səhnəni bölüşürlər...
İstər kinoda, istərsə də teatrda yaratdığı obrazlara nəzər salaq... Baxışı, duruşu, müxtəlif vəziyyətlərə uyğun jestləri onun nəinki zahiri həm də daxili potensialının zənginliyindən xəbər verir... Hətta elə rolları var ki, ironiyalı baxışları, özündən razılığı belə tamaşaçıya hardasa xoş gəlir... Çünki o, öz yaraşıqlı fakturası ilə elə ilk dəqiqələrdən cəzb etməyi bacarır.
Həyatda onunla Nazim Faytonçunun Respublika sarayında konserti zamanı görüşdük... Hətta şəkil belə çəkdirdik... Elə orda da hiss etdim ki, sadə olsa belə sevildiyinin, simpatiyasının fərqindədir... Müəyyən yaşa çatmasına baxmayaraq...
Amma yaşın nə fərqi var ki... Sonra bildim ki Nazim Faytonçunun ən sevdiyim mahnısının sözlərini də o yazıbmış...
Yenə səni bu gecə yuxumda görəcəyəm...
Eşqə düşmüşəm necə mən sənə deyəcəyəm...
Bu gözəl sözlər və Ramiz Babayevin musiqisi... Sevimli Nazim Faytonçunun ecazkar səsi... Və bu möhtəşəm mahnının yaranması, biz tamaşaçıların sevgisinə çevrilməsi... Sənətdən yaranan sənət...
Bu gün Rafael Dadaşov artıq haqq dünyasına qovuşub.
Onu sevən minlərlə insanı üzüb desək yalan olmaz. Amma qəlblərə köçən insanların ölməsi mümkündürmü ?
Düşünək ki, "Yuxu"nu yazıb bizə sevdirən Rafael bəy sadəcə yuxuya gedib... Və o hər dəfə bu yuxudan ayılacaq... Biz onun şerlərini vərəqləyəndə, rollarına sevə sevə baxanda, özünəməxsus təbəssümünü xatırlayanda!

Təranə Feyzullayeva

Oxunub: 693
Oxşar xəbərlər
SON XƏBƏRLƏR