dini radikalizm və ekstremizmlə mübarizə

SEYİD ELMAN 100 YAŞA


Allahın salamı salamının bərəkəti üzərinə olsun.
Bu gün ad günündür. Necə təbrik edəcəyimi düşünürəm. Necə yanaşım ki, bala həsrətli qəlbini daha da çox ağrıtmayım. Bəlkə də deyəcəksiz ay Almaz xanım mən nə hayda, sən nə hayda- mən neynirəm Samirdən sonra təbriki.
11 ildir hər xoş gündə həm sevinclə, həm kədərlə qucaqlaşıram.
Sənin yaşadığın sürəcə bu belə də olacaq.
Amma əyilməyərək kədərə belə sevinclə sarılmağı bacarmalısan. İlk öncə bu acını bizə imtahan verən Allaha xatir. Sonara Pakizənə və bu həyatda sənə ehtiyacları olan övladların üçün. Üstəlik Samirin arzuları həyata keçirtmək, üçün. Sənin düşündüyün layihələr minlərlə şəhidləri yaşadacaqsa demək ki, yaşamağa dəyər.
Bəzən çılğın dəniz olursan, nə qədər təlatümlü olsan da sənin öz sakinliyin var.
Bəzən dəli-dolu gənc olursan, elə anda olur ki, körpə uşaq kimi mehriban səmimi olursan.
Bəzən müdrik bir ağsaqqal, bəzən vırıb tutan cəngavər.
Bu qədər xüsusiyyətləri özündə cəm edən bir insanı təbrik etmək üçün qələmə alınan sözlər əlbətdə fərqli olmalı idi.
Təbrik edirəm SEYİD.
Kədər səndən uzaq olsun dünyanın sonu kimi.
Sevinc sənə yaxın olsun qəlbində sevdan kimi.
Yaşa... Qur... Yarat..
Yaşa kimi Samirlər, Mübarizlər, Elimdarlar, Fəridlər yaşasın. Yaşa ki, anaların arzularını həyata keçirən oğullar olsun.
Yaşa ki, arzuları çin olmayanların arzuları həyata keçsin!

Hörmətlə: Almaz İlahə

Oxunub: 513
Oxşar xəbərlər
SON XƏBƏRLƏR