dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyadakı azərbaycanlıların regional ictimai təşkilat, fond və mədəniyyət mərkəzlərinin rəhbərləri və təmsilçiləri adından Cənab Prezidentə müraciət


Azərbaycan Respublikasının prezidenti cənab İlham Heydər oğlu Əliyevə Rusiyadakı azərbaycanlıların regional ictimai təşkilat, fond və mədəniyyət mərkəzlərinin rəhbərləri və təmsilçiləri adından
Müraciət
Surət:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə

Hörmətli cənab Prezident!
27 aprel 2019 cu il tarixində Rusiyada yaşayan azərbaycanlıların «Prezident Otel» də keçirdikləri I Moskva Forumunda, tədbir iştirakçıları «Rusiya azərbaycanlıları İttifaqı» nın (RAİ) təsis edilməsinə qərar verdi.
RAİ nin başçısı vəzifəsinə Rusiyanın 56 regionundan foruma qatılmış ictimai təşkilat nümayəndələri Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun (ÜAMF) rəhbəri Fizuli Məmməd oğlu Məmmədovu seçdilər.
Fizuli Məmmədova etimadlarını bildirən Forum iştirakçıları, onun diasporla iş üzrə böyük təcrübəsini, Rusiyadakı həmvətənlilərimizi birləşdirəcək monolit ictimai təşkilatı qura biləcəyini qeyd etdilər.
RAİ nin fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Fizuli Məmmədov Təşkilatın hər bir azərbaycanlının doğma evinə çevirilməsi üçün əlindən gələni edir. O xalqımızın zəngin tarixi irsini qorunması və tanıdılması məqsədilə Rusiyanın müxtəlif regionlarında sosial-mədəni və maarifləndirici tədbirlər keçirir. Təşkilatın fəalları Azərbaycan gerçəkliklərinin Rusiyanın geniş ictimaiyyətinə çatdırılması işində böyük səylər göstərirlər.
RAİ Rusiyadakı diasporumuzu birləşdirməklə Azərbaycan Respublikasına, onun höküməti, prezidentinə, ölkələrimiz arasında tərəfdaşlığın, strateji əlaqələrin möhkəmlənməsi və dərinləşməsinə çoxşaxəli yardım göstərə bilər.
İstərdik ki, RAİ nin fəaliyyəti xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması işində səlahiyyətli olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən layqincə dəyərləndirsin. Ümid edirik ki, regional diaspor təşkilatı rəhbərlərinin Fizuli Məmmədovu Rusiyadakı Azərbaycan diasporunun başçısı kimi görmək istəyini Azərbaycanın müvafiq qurumları müsbət qarşılayacaq. Rusiyadakı milli diaspor təşkilatlarının səlahiyyətliləri Fizuli Məmmədovun diaspor başçısı kimi həmvətənlilərimizin fəaliyyətini əlaqələndirəcəyinə və Rusiyanın ictimai həyatında azərbaycanlıların tam iştirakına şərait yaradacağına əmindirlər.
Cənab Prezident!
Sizin nəzərinizə çatdırmaq istərdik ki, RAİ nin fəaliyyəti Rusiya daxilində həmvətənlilərimizin mədəni, sosial və digər haqqlarının təmin edilməsinə istiqamətlənib. Bizim səylərimiz azərbaycanlıların Rusiya Federasiyasındakı bütün ictimai proseslərdə iştirakına nail olmağa yönəlib. Diasporumuzun rəhbəri kimi biz xalqımızın şərəfli oğlu Fizuli Məmməd oğlu Məmmədovu görürük. Vətənpərvərlik, təşkilatçılıq bacarığı və xeyriyyəçilik fəaliyyəti ilə O Rusiyadakı həmvətənlilərimizin hörmətini qazanıb.
Fizuli Məmmədov öz şəxsi vəsaiti hesabına lokal və regional münaqişələrin iştirakçısı və əlillərinin mənzil şəraitini yaxşılaşdırır, yüzlərlə aztəminatlı vətəndaşa yardım edir. Onun yardımı ilə Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirəcək uzunmüddətli layihələr həyata keçirilir.
Sizin xalqın fikrinə xüsusi hörmətinizi, diaspor məsələlərinə diqqətinizi nəzərə alıb, Rusiyada öz qarşısında mühim tapşırıqlar qoyacaq və onu uğurla həll edəcək güclü Azərbaycan diasporu təşkilatı yaratmaq təşəbbüsümüzü dəstəkləmənizi xahiş edirik.
Hörmətlə,
Fizuli Məmməd oğlu Məmmədovun Rusiyadakı Azərbaycan diasporunun başçılığına namizədliyini dəstəkləyən Rusiya azərbaycanlılarının regional ictimai təşkilat, fond və mədəniyyət mərkəzlərinin rəhbər və təmsilçiləri

Oxunub: 517
Oxşar xəbərlər
SON XƏBƏRLƏR