dini radikalizm və ekstremizmlə mübarizə

Çindən kənarda koronavirusa yoluxanların sayı 7 mini keçib

Çindən kənarda koronavirusa yoluxanların sayı 7 mini keçib

Son 24 saat ərzində Çindən kənarda 1160 nəfər yeni növ koronavirusa yoluxub, indiyədək yoluxmuşların ümumi sayı 7169-a çatıb.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında qeyd olunur.

Təşkilatın saytında yayımlanan hesabatda Çindən kənarda koronavirus infeksiyasının 58 ölkədə qeydə alındığı bildirilir. Ölənlərin sayı 104-ə çatıb (gün ərzində 18 nəfər).

Son 24 saat ərzində virus daha beş ölkəyə - Azərbaycan, Ekvador, İrlandiya, Monako və Qətərə nüfuz edib.

ÜST-ün son məlumatlarına görə, materik Çində yoluxmuş insanların sayı 79 968 nəfərdir, 2873 nəfər bu virusun qurbanına çevrilib. Dünya üzrə koronavirusa yoluxanların ümumi sayı isə 87 137 nəfərdir.

Oxunub: 412
Oxşar xəbərlər
SON XƏBƏRLƏR