» » DTX-nin strukturunda dəyişiklik edildi

DTX-nin strukturunda dəyişiklik edildi

  • 29-02-2020, 09:46
  • Gundem
  • 109
DTX-nin strukturunda dəyişiklik edildi

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli fərmanda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişiklik təsdiq edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb./qafqazinfo
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031