dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD ANASININ HƏDİYYƏSİ


Mən analar tanıdım zinət əşyalının yerinə boynuna övlad rəsmini daşıyan o gündən bəzi xanımlar kimi boynuma gözəllik verən zinət əşyası salmadım. Heç bir qiymətli daş qaş şəhid şəklindən dəyərli ola bilməz düşündüm.
Şəhidim Tapdıq Türksoy, Ananı nə ilə mükafatlandırsaq azdır. Onun mükafatını Rəbbim səni cənnətinə almaqla verib.
Bu gün ad günü olan anana ən möhtəşəm hədiyyə sənin yuxusuna qonaq olmandır. Mənimsə ona gücüm çatmır. Allaha dua edərək yalvarıram bala həsrətli anaya ən gözəl hədiyyə onun övladıdır. Bu gecənin açılan sübhündə səni ananla röyasında görüşdürsün.
Qoxunu doyunca içinə çəksin, səni doya-doya öpsün. Sarılaraq o cüssəli bədəninlə qollarının arasında səni hiss etsin. Səninlə dərdləşsin
Səninlə necə qürur duyduğunu söyləsin.
Bacılarının həsrətindən, Sənin üçün yazılan bəstələrdən söz açsın. Gözlərini yuxudan açanda ağlamasın sənin varlığını duyduğu üçün sevinsin. Sən onun cənnət mələyi olduğunu özün anan çatdır. Və Anam ad günün mübarək de.
Tapdığımızın əmanəti ad günün mübarək Şəhid anası. Yaşa ki, Tapdığın yaşasın!

Hörmətlə: Almaz İlahə

Oxunub: 526
Oxşar xəbərlər
SON XƏBƏRLƏR