dini radikalizm və ekstremizmlə mübarizə

FHN rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edəcək

FHN rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 fevral 2020-ci il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan İsmayıllı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

FHN-dən APA-ya verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 28 fevral 2020-ci il tarixində Qobustan şəhərində, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 11:00-dan Qobustan rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 28 fevral 2020-ci il tarixində Ağsu şəhərində, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 11:00-dan Ağsu rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Oxunub: 425
Oxşar xəbərlər
SON XƏBƏRLƏR