dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstə ilə keçirilən “İntellektual Gələcək Bizimlə Gələcək” layihəsi uğurla yekunlaşdı.


Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İntellektual Gələcək Bizimlə Gələcək” layihəsi çərçivəsində Balakən, Zaqatala və Qax rayonlarında 3 təqdimat və 1 intellektual yarış olmaqla 4 tədbir həyata keçirildi.

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialında baş tutan “Final və mükafatlandırma və bağlanış mərasimi”ndə 3 rayondan gənclərdən ibarət 10 komandanın iştirakı ilə intellektual yarış keçirildi.
Tədbirdə çıxış edən “ İntellektual Gələcək Bizimlə Gələcək” layihəsinin rəhbəri Hacımurad Bicilov Azərbaycan Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan bəhs edərək hazırda keçirilən tədbirlərin onlardan biri olduğunu qeyd etdi və layihə haqqında ətraflı məlumat verdi.

Layihənin koordinatoru Etiram Sadıqzadə tərəfindən yarışın keçirilmə məqsədləri haqqında məlumat verildi, yarışın qaydaları izah olundu.

Maraqlı və gərgin keçən yarışda

I yerə - KÜRMÜK

II yerə - KARONA

III yerə - BOYS

Qeyd edək ki, layihədə ümumilikdə 200-dən çox gənc iştirak edib.


Oxunub: 678
Oxşar xəbərlər
SON XƏBƏRLƏR