dini radikalizm və ekstremizmlə mübarizə

Tərtər rayonunun, Mamırlı kəndində bir yolun kənarında yaşayan məcburi köçkün ailəsi


Onlar 1994 ildən məcburi köçkündürlər. Tərtər rayonunun, Mamırlı kəndində bir yolun kənarında yaşayırlar. Palçıqdan tikilmiş bir daxmada. 84 yaşlı xəstə ana, imkansızlıq ucbatından dağılmış ailə. Prezident İlham Əliyev məcburi köçkünlərin evlə təmin olunması üçün 2017-ci ildə verdiyi sərəncamla bu ailə də qeydiyyatda idi (Şıxarx qəsəbəsində) və paylanış olan zaman bu ailə də evlə təmin olunmalı idi, amma haqq etdikləri evi ala bilmədilər, aldadıldılar. Onları aldadanlar isə İcra Hakimiyyəti səlahiyyətliləri Natiq Hüseynov, Abbas Cavadov, Fərhad Nəzərov olub. Torpağı qorumaq üçün 4 oğul böyüdən 84 yaşlı ana hal-hazırda ağır xəstədir. Ailənin dediyinə görə dəfələrlə icra başçısı Müstəqim Məmmədovun yanına getsələr də Şikayətə baxılmayıb.Vusal Zeynalov dostumuz da anası xəstə olduğu üçün heç yerə gedə bilmir, onu evdə tək qoya bilmir. Anasının pensiyası ilə çətin vəziyyətdə dolanırlar. Vüsal dostumuzun nömrəsini yazıram: 051 664 27 21
Lütfən aidiyyatı qurumlara çatdırılması üçün dəstək olaq !!!

Oxunub: 601
Oxşar xəbərlər
SON XƏBƏRLƏR