dini radikalizm və ekstremizmlə mübarizə

Özəl yaşınız mübarək...


"Dostlara töhvəm" silsilə yazılarımdan...
Şairə bacımız Aybəniz Qafarlının yubiley yaşı üçün ...

Başımıza daş ələnib,
Daşımız başdan utanır.
Xəzan düşüb yurdumuza,
Yazımız qışdan utanır.

İçin-için yanan olduq,
Yay günündə donan olduq,
Bulud kimi dolan olduq,
Gözümüz yaşdan utanır.

Dilə yatmır sözümüz də,
Günahkarıq özümüz də,
Əsir-yesir halımızda,
Ağlımız başdan utanır.

Dünya bizə dar deyilmi?
Günlər ahuzar deyilmi?
Yediyimiz mar deyilmi?
Torpaq da xışdan utanır.

Əkdiyimiz bitən deyil,
Bu səs ərşə yetən deyil,
Vətən bizə utan deyir
Biz vətəndaşdan utanır....


Bu şeir çox sevimli dostlarımdan biri olan gözəl şairəmiz Aybəniz xanım Qafarlının illər öncə yazdığı şeirlərindəndir.Çox həzin duyğulardan yoğrulmuş bu şeir bir insan qəlbinin ,hissinin təcəssümüdür.Yaradıcılığını,ədəbi fəaliyyətini daim izlədiyim Aybəniz xanımın sən demə bu günlərdə ad günüymüş.Ad günü deyəndə 60 yaşına qədəm qoyubmuş.Çox işlədilən məşhur bir sözümüz var, (Qadından yaş soruşmazlar) bu həqiqətən belədir.Qadın,ana hər yaşda təravətli və gözəldir.Xoş o kəsin halına ki,onun qəlbi,ruhu cavandır.Dərdsiz-ələmsiz insan tapa bilməzsən.Amma mərdanəlik nədi,kədəri gizləyib təbəssüm etmək.Onsuz da sən çəkdiyini çəkirsən,Allaha bəlli...Bax,tanıdığım Aybəniz xanım da bu hisslərin qəhrəmanıdır...
...Bu günlər onun günləridir.Bu ayda dünyaya göz açıb.Bu yaş elə yaşdı ki,il boyu bu sevinc onunla yaşayacaq...
Qarşımda bir kitab var. Turana açılan könüllər" adlı şeirlər antalogiyası.Bu külliyyatın lahiyə rəhbəri və tərtibatçısı da Aybəniz xanımdır.Turan elinin bir çox yazarlarının şeirləri burda cəm olub.Türkdilli yazarların bir-birindən maraqlı şeirlərini oxumaq fürsəti əlimizdə.
Bu almanax sayca üçüncüdür.Burda bir çox yazarlarımızın şeirləri kimi mənim də 5-6 şeirim yer alıb...Mən bu sayğı,diqqətə görə Aybəniz xanıma təşəkkür edirəm.Antalogiyanın təqdimatında iştirak edə bilməsəm də,mənim kitab payımı şair dostum İqbal Nəhmət gətirmişdi...
Mən Aybəniz xanımın yaradıcılığı haqqında geniş yazmayacam.Onsuz da həssas oxucunun bu yaradıcılıqdan xəbəri var.
Xəyalı göylərdə gəzib də yazır,
Əlini sevgidən üzüb də yazır,
Ürəyini ovcunda əzib də yazır,
Bəlkə də bir kövrək şairdi bu qız...

Kövrək qəlbin sahibi,incə ruhlu Aybəniz xanım məhz belə şairəmizdir...
Ötən illərdə anasını itirən şairə bacımıza təskinlik versək də onun qəlbi qan ağlayır,bu ayrılığa dözə bilmirdi.Amma fani dünyada ,necə deyərlər ölənlə ölmək olmur axı.Həyat davam edir,biz hər birimiz gecmi-tezmi bu dünyanı tərk edəsiyik.
Al köksünə yaxşı saxla,
Torpaq,anam əmanətdi.
Yerimə sən onu qoxla,
Torpaq ,anam əmanətdi...

gözəl bir ananı torpağa əmanət etmək bu necə ağırdır,müsibətdi şübhəsiz...
Ana olmaz qara daşdan,
Mamırlayıb üzüm yaşdan,
Torpaq altda söylə qışdan,
Soyuqmu,de,bilim,ana...

Bir övladın anasına olan sevgisi bu !
....Mən sizin ad gününüzü təbrik etmək üçün bura üz tutdum.Məndən xəbərsiz, mənim şeirlərimi də bu almanaxda çap etdiyinizə görə sizə təşəkkür edirəm.Mən sizə həmişə bacı deyə müraciət etmişəm,siz də məni özünüzə qardaş bilmisiz. Qardaşın bacıya olan kiçik bir hədiyyəsi kimi qəbul edin bu yazımı.
Allah sizə can sağlığı versin Aybəniz bacı.Mən sizin ədəbi,ictimai işlərinizdən əhatəli yazmadım.Bir ucu İrakdan tutmuş,Türkiyə ,Dağıstan Yazıçılar Birliklərinin üzvü olmağınız da fəxarətdir biz dostlar üçün.Bu müdrik yaşınızda( bu yaşı sizə yaraşdıra bilməsəm də) sizə yalnız can sağlığı arzu edirəm.Gördüyünüz,görəcəyiniz nəcib işlərinizə görə Allah sizə yar olsun.Qarşıda görüləsi işlər,yazılası o qədər şeirlər var ki...Hər birisinə nail olasız inşallah...
Allah sizi var eləsin, sizə ömür versin...Əzəmətli ,uca dağlarımızdan,dağ övladlarından Sizə salamlar olsun həmişə,hər vaxt...Sizin simanızda olan bütün dostlarımı Allah qorusun...Gözəl yaşınız bir daha,bir daha mübarək olsun...Bax,belə...

"Dağ çiçəkləri" ədəbi birliyin sədri, şair-publisist Əlisəfa Əhmədoğlu....

Oxunub: 463
Oxşar xəbərlər
SON XƏBƏRLƏR