dini radikalizm və ekstremizmlə mübarizə

Ölkə başçısı gəncləri seçkidə fəal olmağa səsləmişdi. Amma...


9 saylı Binəqədi ikinci seçki dairəsində deputatlığa namizədlik üçün ilk addımı atandan saxtakarlıqlarla, problemlərlə üzləşdim.

Maliyyə arayışı imza vərəqləri doldurulandan sonra verilməli olduğu halda məndən ilk gündən istənildi. Düz 4 günüm maliyyə sənədini almağa sərf olundu. 4 gün də Bələdiyyə seçkilərinin bülletenlərinin paylanması və təhvili bəhanə gətirilərək sənədlərimin qəbulu gecikdirildi. Yəqin ki, bu gediş imzaları toplayıb çatdıra bilməməyimə hesablanmışdı. Buna baxmayaraq 5 gün ərzində imzaları topladım və təhvil üçün apardım. 9 saylı Binəqədi ikinci seçki dairəsinin sədrinə gəlişim xəbər verildi. Məni və dairədə sənəd qəbulunu aparan şəxsi otağına çağırdı. "Namizədliyini geri götür, namizəd sayı çoxdur" dedi. "Götürməyəcəm" cavabını eşidəndə psixoloji təzyiqə başladı. Səbrim daşdı və sərt şəkildə payını verdim. Ölkə başçısının şəffaf seçki göstərişinə zidd getdiyini və seçki qanununu pozduğunu xatırlatdım. DSK sədrinin namizədə təzyiq etmək ixtiyarının olmadığını, indidən saxtakarlıqlara başladığını dedim və otağından çıxdım.

Sonra arxamca gəldi, guya mənə zarafatla namizədliyimi geri götürmək üçün təzyiq etdiyini dedi. Mən də ona "seçki ciddi prosesdir, zarafat yeri deyil, həm də mənim sizinlə zarafatım yoxdur. Bir məmur da mənlə zarafat etmək istədi, ona baha başa gəldi" dedim. Böyük qalmaqaldan sonra imza vərəqlərim qəbul edildi.

Baş verən hadisəni qısaca yazdım, təxminən 30 dəqiqəyədək orada qalmaqal baş vermişdi.
Əgər qarşı tərəf bu hadisənin baş vermədiyini iddia edərsə, mən onlara fakt və subutları göstərərəm.

Əslində Milli Məclis buraxılanda Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komisiyaları da buraxılmalıydı. Çünki seçkidə əsas qanun pozuntuları DSKda və məntəqələrdə baş verir.

Mən vicdanla, ədalətlə mübarizə apardım, seçiciləri seçkiyə getməyə həvəsləndirdim, onlara hər şeyin dəyişməsinin onların səsindən asılı olduğunu aşıladım.

Seçkidə saxtakarlıq etmək istəyənlər bilsin ki, bugün xalqa hesab verməsələr də, gün gələcək Allaha hesab verəcəklər.

Vicdanlı, ədalətli, xalqını sevən bütün namizədlərə uğurlar arzulayıram.

Oxunub: 557
Oxşar xəbərlər
SON XƏBƏRLƏR