dini radikalizm və ekstremizmlə mübarizə

BU DÜNYADAN O DÜNYAYA GETMƏYİM GƏLİR


Bu dünyadan üz çevirib o dünyanın xoş üzünü görməy üçün, ölüm adlı o mələyə sarılaraq ölmək üçün getməyim gəlir.
Qucaqlayıb dərd kədəri körpəm kimi, basıb yenə ürəyimə, qana dönmüş qəlb evimlə Almaz adlı o talehsiz gül üzlünü hər kəsdən almağım gəlir.
Bu dünyadan küsdüm yaman, qar boranlı yaz yayımdan küsüb yenə, naz sataraq talehimə üsyan edib fələyimə bu dünyanın gərdişindən, tərs işindən o, dünyanın hakiminə sığınmaqçün getməyim gəlir.
Bu dünyadan üz çevirib getsəm hara, ot vuracaq baxışlarım o dünyaya.
Ömrü yarı, taleh yarı, bəxti yarı, paralandı çilikləndi yarı-yarı. Paralanmış parçaları toplamaqçün o dünyaya getməyim gəlir.
Belə halda kim qalarki yaşamında ona görə fələk adlı o yağıdan üz çevirib taleh adlı o nağıldan getməyim gəlir.
Haqqsızlıqlar sarmalayıb sarıb məni sarmaşıq tək. Yorub yaman düz görsənən yolum məni.
Sınıb yaman qol-qanadım, aman Allah nə zalimmiş fələk adlı yağım mənim, bala həsrət dağım mənim. Çəkə bilmir Almaz artıq, bu həsrəti yığıb boxça taxçasını əməllərin birər, birər üz çevirib əl yelləyir əlvidanı demək üçün getmək üçün. Rahatlığa çatmaq üçün bu dünyadan haqq dünyaya getmək üçün ölməyim gəlir, ölməyim gəlir!
Almaz İlahə

Oxunub: 667
Oxşar xəbərlər
SON XƏBƏRLƏR