dini radikalizm və ekstremizmlə mübarizə

Sosial Rifah Partiyasının namizədi İmişlidə şəhid ailələrini ziyarət edib.


Qarabağ qazisi Ehtiram Şükürov: Biz hamılıqla Əsli Kazımovanı dəstəkləyirik.
Azərbaycan Sosial Rifah partiyasının 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əsli Kazımova İmişli rayonunda şəhid ailələri, eyni zamanda Qarabağ müharibəsi qaziləri və onların ailə üzvlərini ziyarət edib. İmişli Rayonunun Oruclu kəndində Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş qardaşlar - Ehtiram və Pərviz Heydərovların ailəsini ziyarət edən Əsli Kazımova onların həyat şəraiti və sosial təminatları ilə maraqlanıb. Şəhidlərin ailə üzvləri ilə görüş zamanı dövlətin şəhid ailələrinə olan diqqətindən söz açan deputatlığa namizəd əlavə edib ki, hər hansı siyasi kampaniyadan asılı olmayaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəxslərin ailə üzvlərinin qayğısına qalmağı özünə borc bilir. Əsli Kazımova həmçinin, şəhid Qurbanov Teyyub Həsən oğlu, şəhid Abbasquliyev Arif Teymur oğlu, şəhid Aslanov Rafiq Heydər oğlu və şəhid Hüseynov Sənan Hüseyn oğlunun ailə üzləri ilə görüşüb. Görüşlərdə şəhid anaları bir ağızdan Əsli Kazımovaya xeyir-dua verərək ona seçkilərdə qələbə qazanmağı arzulayıblar. Oruclu kəndində yerli sakinlərlə keçirilən görüşdə çıxış edən Qarabağ qazisi, hər ikisi gözünü itirmiş müharibə veteranı Ehtiram Şükürov kənd sakinlərinin hamılıqla Əsli Kazımovanı dəstəklədiyini vurğulayıb.

Oxunub: 512
Oxşar xəbərlər
SON XƏBƏRLƏR