dini radikalizm və ekstremizmlə mübarizə

ƏLİYEVLƏR AİLƏSİNİN ŞÜBH ŞƏFƏQİ


Dəyərlim Musa Əliyev bu gün sənin ad günün şad günündür. Allahın bəxş etdiyi günlərin hər biri gözəldi, sənin bu həyata göz açdığın gün başqa günlərə bənzəməz.
Sən dünyaya göz açdığın gün, Əliyevlər ailəsinə günəş doğdu, bu günəş ananın, atanın, bacının və səni sevənlərin həyatını nurlandırdı. Beləcə günlər bir-birini əvəz etdi, böyüdün əlindən tutub məktəbə apardılar, sonra ali məktəb illəri. Beləcə illər bir- birini yola verdi. Artıq 20 ildir ki, hər gün boyuna baxıb sənin böyüyüb boya başa çatmağını sevərək izləyənlər var.
22 yaş-ömrün ən gözəl çiçək açan bir dövrü. Arzum budur qəlbin çiçəklər tək təravətli olsun amma onlar kimi tez solmasın.
22 yaş- ömrün çılğın, dəli-dolu gənclik illəri. Çılğınlığın sənin əqidən, amalın, vüqarın, dəyanətin olsun.
22 yaş- ömrün gənclik illərinin zirvələrə doğru yol almağa addımladığı bir yaş.
22 yaşlı Musa Əliyev mən səni necə tanıdım?
Mən bir Musa tanıdım, zirvələri fəth edə biləcək , həyat dolu, şən, istedadlı, yumor hissi ilə qəmli , kədərli simalara gülüş bəxş etməyi bacaran.
Mən bir Musa tanıdım, atasının vüqarı, aldığı nəfəsi qürur mənbəyi, arxa dirəyi, duzu, çörəyi.
Mən bir Musa tanıdım, anasına arxa dayaq, bacısına qardaş, sirdaş qaranlıq gecələrində yanacaq çılçıraq.
Mən bir Musa tanıdım, bir nəslin qüruru olan Musa babanın adı, ləyaqəti, şəxsiyyəti, nəvəsi Musa.
Mən bir Musa tanıdım, dostlarının küvənc yeri.
Güvənləri sarsıltmayan, qəlbləri qanatmayan Musa. Hər kəsin dərdinə dərman olmağa çalışan. Düzlük, sədaqət, məhəbbət elçisi olan Musa.
Mən bir Musa tanıdım, qələmə sarılarsa yeri göyü lərzəyə gətirər kəlamlarıyla.
P.S. Nil çayı heç vaxt qurumur Musa, ömrün nil sayı tək axar olsun.
Ayla günəş bir-birindən ayrılmadığı kimi səndə , Musa sevərlərdən ayrılmayasan.
Hər bir qaranlığ gecənin sabahı olduğu kimi sən də Əliyevlər ailəsinin açan sübh şəfəqi ol.
Təbrik edirəm, sonsuz olan arzuların çin olsun.


Hörmətlə: Almaz İlahə

Oxunub: 514
Oxşar xəbərlər
SON XƏBƏRLƏR