dini radikalizm və ekstremizmlə mübarizə

HİCRAN ŞƏRİFOV XEYRİYYƏ AKSİYASINA DAVAM EDİR


Ata- babalarımızdan bu günümüzə gəlib çatan misallar var, əl tutmaq Əli ə.s. qalıb. Bu gün bu xeyriyyə missiyasını həyata keçirən yüzlərlə, minlərlə insanlar var. Amma kimi bu addımı bu dünyada şan-şöhrəti üçün, kimisi o dünyasını düşünərək əməl dəftərinə xeyir əməlin yazılması üçün atır. O, tək bu gün bu addımı atmayıb illər öncədən hər il aztəminatlı ailələrin övladlarının müsəlman olması üçün yüzlərlə belə tədbirlər keçirib. İnternatlarda təhsil alan uşaqlar üçün hətta kiçik toylar belə etdirib. Atasız qızların atası olub, ailə qurarkən onların cehizlərini, çatışmamazlıqlarını qarşılayıb.
Bu işdə hər zaman ona dəstəy olan övladlarının anası Gülər xanım çox yardımçısı olub. Kəndlərində, qəsəbələrində darda olan hər kəsin dərdini Hicran müəllimə çatdıraraq gücləri çatan yardımı əsirgəmədilər, amma heç vaxt bir kimsənin bilməsini istəmədilər. Bəlkə də uzun illər ailə dostlarımın gördüyü işləri işıqlandırmamağıma məhz səbəb əməllərinin Allah qatında bilinməsini istəmələri oldu. Bəli hər bir güclü kişinin arxasında bacarıqlı, əzimli bir qadın durur. O, məhz Gülər Şərifovadır.
Bəlkə də bu gün bu açıqlamalarıma görə məni qınayacaqlar. Amma bu gün namizədliyi irəli sürülən bəzi namizədlərin atdığı saxta görüntülərdən fərqli bir əməl sahibi haqqında açıqlama vermək istədim.
Bu gün Hicran Şərifov xeyriyyəçilik missiyasını yenə də həyata keçirir və həyatda olduğu sürəcə bu əmməllərini davam edəcəyinə əminəm.
Hicran müəllim və həyat yoldaşı Gülər xanımla birlikdə aztəminatlı ailələrin uşaqlarını həm check up müayinədən keçirilməsini, həm də sünnət olması üçün Ömür Klinakasına gətirdilər.
32 saylı üçüncü seçki dairəsindən namizədliyi irəli sürüldüyü zaman ona müraciət edən valideyinlərə 9 fevraldan sonra uşaqların sünnət olunmasını və ehtiyacı olan insanların müayinəsini etdirəcəyinə söz vermişdi.
Bu gün Hicran Şərifov namizədliyini geri götürsə də o, verdiyi sözə əməl edərək ona müraciət edən hə kəsini arzusunu həyata keçirmək üçün əlindən gələni edir.
Ömür klinikasının direktoru Gülnarə Sultanqızı söhbət əsnasında Hicran Şərifovun milli məclisə namizəd olduğunu söylədi.
H. Şərifov isə dedi: namizədliyimi geri götürmüşəm, sadəcə verdiyim sözləri həyata keçirmək mənim şərəf borcumdur. Xalqına, millətinə xidmət etmək üçün millət vəkili olmaq lazım deyil, sadəcə vicdanlı insan olmaq , millətini sevmək lazımdır söylədi.
Gülnarə həkim H. Şərifovu dinlədikdən sonra bir daha öz fikirlərini bildirərək qeyd etdi.- Sizinlə fəxr etdim, sosial şəbəkələrdə bəzi namizədlərin yaratdıqları şounu izlədikdə insan əsəb keçirməklə yanaşı xəcalət çəkir. Onların reklam xatirinə bu addımları atdıqları bəllidir.
Amma siz namizədliyinizi geri götürdüyünüz halda belə bir xeyriyyə aksiyalarını etdirməyiniz qürurvericidir.
Hər bir insanın həyatında müxtəlif əlamətdar günlər olur amma müsəlman dünyasına addım atmaq hər bir oğlan uşağının, gələcək kişinin həyatında bir dəfə olur. Belə bir savab işdə imzanızın olması qürurvericidir.
01.02.2020 ci il tarixi yeddi uşaq müsəlman oldu. Əməliyyat həkimi uroloq-androloq cərrah Zaur Ağayev və köməkçi həkim İlahə Nəsib, cərrahiyyə tibb bacısı Günay Nağıyeva, orta tibb işçisi Fatimə Səfiyeva tərəfindən uğurla aparıldı.
P.S. Biz Ömür klinikasının kollektivinə Gülnarə həkimə, Mamed həkimə və kollektivlərinə göstərfikləri diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk.









Oxunub: 1 250
Oxşar xəbərlər
SON XƏBƏRLƏR