dini radikalizm və ekstremizmlə mübarizə

JURNALİST ARAŞDIRMASININ NƏTİCƏSİ


Biz dövlətimizə və rəhbərinə xidmətimizdə qüsur etmədik. Xidmətimiz göz önündə oldu, hər zaman ölkə başçısına sədaqətli olanların yanında olduq. Onların zəhmətinə qələmimizlə, təşkilatçılığımızla kömək olmağa çalışdıq.
Hicran Şərifovla bağlı "Zəhmətlə Zəfərə Doğru" kitabının müəlliflərindən biri oldum. İllərlə tanımağıma baxmayaraq kitabı yazarkən sanki onu tanımamış kimi bir hiss keçirdim. Onu hər gün daha çox kəşf etdim. Azərbaycanın ziyalılarının onun haqqında söylədiyi fikirlər qürurverici idi. Bu gün onun milli məclisə namizədliyinin təbliğat, təşviqat kompaniyasına qoşularkən tam əminliklə deyə bilərəm ki, mən onu tanıyıram. O, millət vəkili olmağa layiqdir. Və üç qəsəbə onu dəstəkləyir. Mən bir mediya nümayəndəsi olamağıma baxmayaraq bu gün Hicran Şərifovun vəkiliyəm. Amma bir mediya nümayəndəsi olaraq Suraxanı rayonunda baş verən hadisələri də izləyirəm. Namizədlərin təbliğat təşviqat kompaniyasını bir jurnalist kimi araşdıraraq nələrin baş verdiyinin canlı şahidi olmaq isə mənə xüsusi bir zövq verir.
32 saylı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Hicran Şərifovun həqiqətən millət vəkili olması həm dövlətimizə, həm də xalqımıza böyük töhfələr verəcəyinə əminəm.

Almaz İlahə


Oxunub: 501
Oxşar xəbərlər
SON XƏBƏRLƏR