dini radikalizm və ekstremizmlə mübarizə

Xalqın sevimlisi Adil Əliyevlə seçicilərinin möhtəşəm görüşü


Bu gün Bədən Tərbiyyəsi və İdman Akademiyasının Akt zalında 20 sayli Nərimanov 2 ci seçki dairəsindən dördüncü cağirış milli məclisə deputatlığa namizədliyi irəli sürülmüş Adil Əliyevlə seçicilərinin möhtəşəm görüşü keçirilmişdir.. Geniş zala sığmayan insan axını institutun foyesində, həyətyanı sahəsində bu görüşü alqışlarla qarşılayırdılar.
Əsasən Nərimanov rayon sakinləri ilə yanaşı, Qarabağ müharibəsi veteranlarınin , idmancılarların, təqaüdçülərin, içtimai xadimlərin, ziyalı gənclərin , media nümayəndələrinin və s. iştirakı ilə keçirilmiş izdihamlı görüş dövlət himnimizin səsləndirilməsi ilə başladı və cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Sonra millət vəkilinin geniş və səmərəli fəaliyyətini əks etdirən vidio çarx ( kameraman Mahir Hüseynbəyli) nümayiş olundu və alqışlarla qarşılandı.
Paraolimliya üzrə Olimpiya və dünya çempionu, birinci qrup Qarabağ müharibəsi əlili İlham Zəkiyev, məshur həkim alim Rəşid Mahmudov , Adil Əliyevin idman üzrə müəllimi olmuş Tofiq Babaoğlu, Milli Qəhrəman Ramil. Səfərovun atası Sahib Səfərov , Ağdam rayon sakini Seyid Kamran, Azərbaycanın əməkdar artisti Ədalət Şükürov və başqaları Adil Əliyevin insani keyfiyyətlərindən, vətənpərvərliyindəm danışdılar və fevral ayının 9 da Nərimanov rayonunun sakinlərini seckilərdə fəal istirak etməklə Adil Əliyevə bir daha səs vermələrini bildirdilər
Çıxış edənlər Adil Əliyevin xeyirxahlıgından, şəhid ailələrinə, qazilərə, əlillərə, bir sözlə seçicilərinə, ona müraciət edən imkansız insanlara göstərdiyi diqqət və qayğıdan danısdılar.
Doğulduğu kəndinə Məscid tikdirən , necə - necə kasıblara əl tutan, yaşadığı Nərimanov rayonunda yaşayış binalarının həyətində mərasim evləri tikdirərək sakinlərin ixtiyarına verən Adil Əliyevin möhtəsəm çıxışı alqışlarla qarşılandı.
Adil Əliyev hər bir vətəndaşın fevralın 9- da seçkilərə gedərək istədikləri namizədə səs vermərini vurğuladı.

Rauf İlyasoğlu

Oxunub: 711
Oxşar xəbərlər
SON XƏBƏRLƏR