dini radikalizm və ekstremizmlə mübarizə

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən "Yeniliyə səs verək!" şüarı ilə deputatlığa namizəd - Əsədov Azər


Tərcümeyi-hal

Əsədov Azər Həzrətqulu oğlu 3 noyabr 1986-ci ildə Biləsuvar rayon, Xırmandalı kəndində ziyalı ailəsində anadan olub. Ailəlidir, 2 övladı var.

• Təhsili
1993-2004-cü illər aralığında Ceyhun Məhərrəmov adına Biləsuvar rayon Xırmandakı kənd 1 saylı orta məktəbində təhsil alıb.
1997-2002 ci illərdə Xırmandakı kənd musiqi məktəbində qarmon ixtisası üzrə musiqi təhsili alıb.
2004-2008-ci illərdə BDU-nun Fizika fakultəsində bakalavr təhsili, 2009-2012-ci illərdə isə ADPU-nin Fizika fakultəsi üzrə magistr təhsili alıb.
Çoxsaylı beynəlxalq və yerli təlimlərin iştirakçısı olub.
2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.

• İş fəaliyyəti
2007-2008-ci illərdə "Bank of Azerbaijan"da əməliyyatçı, 2009-2010-cu illərdə isə Kəlbəcər rayon 117 saylı orta məktəbində Fizika müəllimi işləyib.
2010-2018-ci illərdə "Bank of Baku"-da İstehlak Kreditləri bölməsində kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis, bölmə rəhbəri vəzifələrində işləyib.
2018-cu ildən hal-hazırkı tarixədək Yelo Bank ASC-də (əvvəlki adı: Nikoil Bank) Pərakəndə Biznes Məhsullarının Satışı Departamentinin Kredit Məhsullarının Satışının Təşkili Şöbəsinin müdiri vəzifəsində işləyir.

Oxunub: 856
Oxşar xəbərlər
SON XƏBƏRLƏR