dini radikalizm və ekstremizmlə mübarizə

Adil insan


Allah Adil muəllimi qorusun. Görün bu kişi nə qədər böyük ürək sahibidirsə, Yasamal rayonunda iki ilə yaxındır ki, xəstə yatan,şəkərli diabet xəstəliyindən ayaq barmaqları kəsilmiş Azərbaycanın Xalq Artisti , Şöhrət ordenli kinorejissor , sevimli aktyorumuz, şair Ramiz Əzizbəylini də unutmur, bu gün də növbəti dəfə köhnə dostunu ziyarət etmişdir.
Ramiz Əzizbəyli Adil Əliyevin gəlişindən sonsuz dərəcədə sevindiyini bildirdi və öz kitablarını ona hədiyyə etdi.
Adil Əliyevin xeyirxah missiyası cild - cild kitablara da sığmaz.
Öz kəndinə Əliyev qardaşlarının köməkliyi ilə Məscid tikdirmələri ən savab və xeyirxah, qürurverici işlərdəndir. Yaşadıgı Nərimanov rayonunun ərazilərində mərasim zalları tikdirərək sakinlərin istifadəsinə pulsuz olaraq verilməsi hər kəsin sevincinə səbəb olmuşdur . Şəhid ailələrinə sonsuz məhəbbət Adil Əliyevin qəlbinin genişliyindən, mərdliyindən, vətənpərvərliyindən xəbər verir.
Ağrı dağının ən yüksək zirvəsinə(5138 m) Azərbaycanın bayrağını sancanmaqla millət vəkili uşaqlıq arzusunu həyata keçirmiş və bu gün də " Vətənə lazım olan anda onun sıravi əsgəriyəm " deyən Adil Əliyevin idman sahəsindəki uğurları, yeniyetmə və gənclərə bir örnəkdir.
2005- ci ildən millət vəkili seçildiyi gündən qərargahı seçicilərinin üzünə hər zaman açıq olan Adil Əliyev öz seciciləri ilə mütəmadi olaraq görüşlər keçirdir,imkan daxilində problemlərin həllinə nail olur.
20 Saylı Nərimanov rayon 2 - ci seçki dairəsindən 6 - cı çağırış Milli Məclisə deputatlığa namizədliyi verilmiş huquqşünas, tarixçı , idmancı , müqəddəs Həçc ziyaratində olmuş Allaha bağlı, xeyirxah, mərhəmətli Adil Əliyevə fevral ayının 9 da səs verməyə çağırıram Biz düz seçim etməklə ümidlərimizi dogruldarıq .
" Sizlərdən biriyəm, sizinləyəm " deyən Adil Əliyevə can sağlığı və yeni - yeni uğurlar arzulayıram.

Rauf İlyasoğlu

Oxunub: 582
Oxşar xəbərlər
SON XƏBƏRLƏR